Icma.az
close
up
RU
Mənəviyyat zəifləyirsə, texnoloji inkişaf bizi hara aparacaq? Rövşən Tağıyevin ŞƏRHİ

Mənəviyyat zəifləyirsə, texnoloji inkişaf bizi hara aparacaq? Rövşən Tağıyevin ŞƏRHİ

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Sitat.info xeyriyyəçi iş adamı Rövşən Tağıyevin məqaləsini təqdim edir:

Dünya süni intellekt dövrünə qədəm qoyur. Ölkələr texnologiyanın gələcəyinə hökm etmək üçün yarışır – səhiyyədə, müdafiədə, təhsildə inqilablar yaşanır. Biz isə cəmiyyət olaraq hələ də ən vacib sualın cavabını tapa bilmirik: əgər mənəviyyat zəifləyirsə, bu inkişaf bizi hara aparacaq?

Bugünkü reallıq budur: ailə dəyərləri gücünü itirir, münasibətlərdə səbir və anlayış yerini inamsızlığa verir, gənclər ailə qurmaqdan çəkinir, evlilər isə kiçik bir anlaşılmazlıqda ayrılıq yolunu seçirlər. Bu zəifləmənin səbəbləri çoxdur, amma səbəbkarı axtararkən bir qrupun deyil, bir sistemin – yəni medianın və virtual həyat tərzinin rolunu görməliyik.

Reytinq naminə verilən qurban!

Bu gün bir çox xəbər saytları, reytinq və klik naminə qıcıq doğuran başlıqlar yayımlayır. Tez-tez absurd, savadsız və təxribat xarakterli fikirlər mediada tirajlanır – ona görə ki, müzakirə doğursun, paylaşım sayı artsın. Bir nəfərin “Mən çobanam, alimləri qoyun kimi idarə edirəm” kimi çıxışı, minlərlə ziyalının səssiz zəhmətini kölgədə qoyur.

TV kanalları, reytinq uğrunda ailə dəyərlərini ayaq altına atan verilişlərə geniş yer ayırır. Ailə münaqişələri canlı efirə daşıyır, sevgi, hörmət, sadiqlik – hamısı dramatik səhnələrin içində deformasiyaya uğrayır. Əvvəllər ailədə gizli saxlanılan, məhrəm sayılan münasibətlər indi “show content” kimi təqdim olunur.

Aparıcılar, gənclərə örnək olmaq yerinə, qalmaqalla gündəmdə qalmağın yolunu göstərirlər. Ciddi mövzularda populist çıxışlar edilir, şəxsi münasibətlər mövzusunda səviyyəli müzakirələr yox, daha çox ajiotaj yaradacaq cümlələr efirə çıxarılır. Cəmiyyətə təsir etmək gücünə malik bu insanlar, təəssüf ki, çox zaman məsuliyyətlərini hiss etmir.

Sosial media blogerləri isə, xüsusilə gənc qızlara yönəlmiş təhlükəli “idealları” yayır. Ailə, evlilik, ana olmaq kimi anlayışlar bəzən “azadlığın qarşısını alan faktorlar” kimi təqdim edilir. Lüks həyat, tez məşhurlaşmaq, sərbəstlik tək qadınlara deyil, kişilərə də psixoloji təzyiq yaradır. “Sən də belə yaşamalısan” mesajı şüuraltına hopur və nəticədə insanlar real həyatdan narazı qalır.

Ay görünməyib deyə bir millət iki yerə bölünməməlidir... Bu parçalanma təkcə ailədə, əxlaqda deyil – inanc sistemimizdə belə özünü göstərir. Bayramlarımızı belə ortaq şəkildə keçirə bilmirik. Bir tərəf “ayın çıxdığını” elan edir, digər tərəf isə ertəsi günü oruc tutur. Beləliklə, bir millət, bir xalq müqəddəs bir gündə belə, iki yerə bölünür. Din birləşdirici güc olmaq əvəzinə fikir ayrılığına çevrilir. Bu, yalnız dini məsələ deyil – bu, ümumilikdə ictimai şüurun koordinatsızlığının nəticəsidir. Texnologiya əsrində belə sadə məsələdə ortaq mövqe ortaya qoymamaq, ümumi harmoniyamıza, milli birliyimizə xələl gətirir.

Ailə niyə zəifləyir?
Artıq evlənmək bir çox gənc üçün qorxulu görünür. Sosial şəbəkədə xoşbəxt görünmək, real həyatda xoşbəxt olmaqdan daha önəmli sayılır. Ailə qurmaq əvəzinə “görünmək”, sevgini yaşamaq əvəzinə “izlənmək” arzulanır. Sosial media reallığı təhrif edir. Bu təhrifin içində isə həm qadın, həm kişi, həm də övladlar itir.
Halbuki ailə – cəmiyyətin əsas dayağıdır. O dağıldıqda, təkcə iki insan deyil, bütöv gələcək zərbə alır.

Nə etməliyik?
Media orqanları, aparıcılar, blogerlər və xəbər saytları – bu güclü platformalar üzərində məsuliyyət böyükdür. Gələcək reytinq naminə bu günün dəyərlərini qurban vermək olmaz. Tirajı artıran tək yol sensasiya olmamalıdır. Sağlam fikir, nümunəvi həyat tərzi, vicdanlı və şüurlu davranışlar da maraq doğura bilər – yetər ki, doğru təqdim edilsin.
Bu yazı nə kimisə ittiham etmək, nə də pessimizm yaymaq üçündür. Bu bir çağırışdır – dəyərlərə qayıdış çağırışı. Cəmiyyətin dirəyi olan ailəni, əxlaqı, insan münasibətlərini qorumaq – hamımızın üzərinə düşən vəzifədir.
Texnologiya inkişaf edə bilər. Amma əgər biz öz milli kimliyimizi, mənəvi sütunlarımızı qoruya bilməsək, nə süni intellekt, nə robotlar, nə də rəqəmsal sistemlər bizi ayıq saxlayacaq. Gələcək yalnız o zaman güclü olacaq ki, biz öz dəyərlərimizə sahib çıxaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://sitat.info
archiveBu xəbər 31 Mart 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri