Icma.az
close
up
RU
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib

Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib

Icma.az bildirir, Marja.az portalına istinadən.

Bank olmayan kredit təşkilatı “Embafinans” QSC 2025-ci ili mənfəətlə başa vurub. Şirkətin həm faiz gəlirləri, həm kredit portfeli, həm də aktivləri əhəmiyyətli dərəcədə artıb.

“Embafinans” QSC-nin 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatına əsasən, təşkilatın xalis mənfəəti 8 milyon 126 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 918 min 597 manat və ya 12,7% çoxdur. 2024-cü ildə BOKT-un xalis mənfəəti 7 milyon 208 min manat olmuşdu.

Hesabat ilində təşkilatın faiz gəlirləri 28 milyon 981 min manata yüksəlib. Bu göstərici əvvəlki illə müqayisədə 8 milyon 277 min manat və ya 40% artıb. Faiz xərcləri isə 2 milyon 26 min manat və ya 50% artaraq 6 milyon 81 min manata çatıb.

Nəticədə, ehtimal olunan kredit zərərlərindən əvvəl xalis faiz gəliri 22 milyon 901 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 251 min manat və ya 37,5% artım deməkdir.

Kredit zərərləri üzrə xərc 2 dəfədən çox artıb

2025-ci ildə “Embafinans”ın maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri xərci 2 milyon 400 min manat olub. Bu göstərici 2024-cü ildə 1 milyon 24 min manat idi. Beləliklə, kredit zərərləri üzrə xərc 1 milyon 376 min manat və ya 134,3% artıb.

Bu artıma baxmayaraq, ehtimal olunan kredit zərərlərindən sonra xalis faiz gəliri 20 milyon 501 min manat təşkil edib. Bu, illik müqayisədə 4 milyon 875 min manat və ya 31,2% çoxdur.

Xərclər də kəskin artıb

Hesabat dövründə təşkilatın işçi heyəti ilə bağlı xərcləri 4 milyon 570 min manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 853 min 753 manat və ya 23% artıb.

Daha ciddi artım ümumi və inzibati xərclərdə qeydə alınıb. Bu xərc maddəsi 2 milyon 249 min manatdan 4 milyon 477 min manata yüksəlib. Artım 2 milyon 229 min manat və ya 99,1% təşkil edib.

“Embafinans”ın mənfəət vergisindən əvvəl mənfəəti 10 milyon 167 min manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 1 milyon 155 min manat və ya 12,8% artıb. Mənfəət vergisi xərci 2 milyon 40 min manat təşkil edib.

Aktivlər 86 milyon manata yaxınlaşıb

2025-ci ilin sonuna “Embafinans” QSC-nin cəmi aktivləri 85 milyon 702 min manat olub. 2024-cü ilin sonunda bu göstərici 69 milyon 992 min manat idi. Beləliklə, aktivlər 15 milyon 710 min manat və ya 22,4% artıb.

Aktivlərin əsas hissəsini müştərilərə verilmiş kreditlər təşkil edib. Təşkilatın kredit portfeli 61 milyon 997 min manatdan 78 milyon 340 min manata yüksəlib. Bu isə 16 milyon 342 min manat və ya 26,4% artım deməkdir.

Kredit portfelinin aktivlərdə xüsusi çəkisi də artıb. 2024-cü ilin sonunda kreditlər aktivlərin təxminən 88,6%-ni təşkil etdiyi halda, 2025-ci ilin sonunda bu göstərici 91,4%-ə yüksəlib.

Pul vəsaitləri və onların ekvivalentləri isə 1 milyon 38 min manatdan 837 min 697 manata düşüb. Azalma 200 min 495 manat və ya 19,3% olub.

Öhdəliklər və kapital artıb

2025-ci ilin sonunda BOKT-un cəmi öhdəlikləri 54 milyon 774 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 10 milyon 583 min manat və ya 23,9% çoxdur.

Borc alınmış vəsaitlər 38 milyon 323 min manatdan 45 milyon 447 min manata yüksəlib. Artım 7 milyon 125 min manat və ya 18,6% olub.

Buraxılmış borc qiymətli kağızları isə daha sürətlə artıb. Bu göstərici 2 milyon 524 min manatdan 6 milyon 109 min manata çatıb. Artım 3 milyon 585 min manat və ya 142% təşkil edib.

Təşkilatın cəmi kapitalı 30 milyon 928 min manat olub. 2024-cü ilin sonunda kapital 25 milyon 802 min manat idi. Beləliklə, kapital 5 milyon 126 min manat və ya 19,9% artıb. Nizamnamə kapitalı dəyişməyərək 10 milyon manat səviyyəsində qalıb, bölüşdürülməmiş mənfəət isə 20 milyon 928 min manata yüksəlib.

Səhm üzrə mənfəət artıb

Hesabata əsasən, təşkilat sahiblərinə aid səhmlər üzrə əsas və azaldılmış mənfəət 812,63 manat təşkil edib. 2024-cü ildə bu göstərici 720,77 manat idi. Beləliklə, səhm üzrə mənfəət 91,86 manat və ya 12,7% artıb.

Təhlil

“Embafinans”ın 2025-ci il maliyyə nəticələri göstərir ki, təşkilat kredit portfelini aktiv şəkildə genişləndirib və bu artım faiz gəlirlərinə ciddi müsbət təsir edib. Faiz gəlirlərinin 40% artması BOKT-un əsas fəaliyyət istiqaməti üzrə gəlir bazasının gücləndiyini göstərir.

Bununla yanaşı, faiz xərclərinin 50% artması maliyyələşmə dəyərinin yüksəldiyini göstərir. Eyni zamanda ehtimal olunan kredit zərərləri üzrə xərclərin 134% artması kredit portfelinin böyüməsi fonunda risk xərclərinin də əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.

Ümumi və inzibati xərclərin təxminən iki dəfə artması mənfəət marjasına təzyiq yaratsa da, təşkilat ili yenə də mənfəət artımı ilə tamamlayıb. Kapitalın 30,9 milyon manata çatması və bölüşdürülməmiş mənfəətin artması “Embafinans”ın maliyyə dayanıqlığını qoruduğunu göstərir.

Qeyd edək ki, hesabat qeydlərinə əsasən, “Embafinans” QSC 25 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb və Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi BKT-10 xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Təşkilat əsasən əlaqəli tərəf olan “Embawood” MMC-dən mebel və digər məişət avadanlıqlarının alınması üçün fiziki şəxslərə kreditlər təqdim edir. 31 dekabr 2025-ci il tarixinə bu kreditlər müştərilərə verilmiş ümumi kreditlərin 26%-ni təşkil edib. 2024-cü ildə bu göstərici 37% idi.

2025-ci ilin sonuna təşkilatın Azərbaycanda 6 filialı və 156 işçisi olub. 2024-cü ilin sonunda işçi sayı 137 nəfər idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://marja.az
archiveBu xəbər 31 May 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri