Icma.az
close
up
RU
Məni qısqananlar var, o şəkli silə bilərsən? Park ın təqdimatından reportaj

Məni qısqananlar var, o şəkli silə bilərsən? Park ın təqdimatından reportaj

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Fəridə Zeronun "Park" nəşriyyatının təqdimatından hazırladığı reportajı təqdim edir.
"Bakıda təzə “Park” açılır" dedilər, yığışıb getdik təqdimata. Günlər öncə demişdim ki, “təqdimatdan reportaj hazırlayacam”. Dilimin bəlasına düşdüm. Özü də, bu gün ad günümdür, təbrik mesajlarına cavab vermək əvəzinə, ilk reportajımı hazırlayıram.

Yolboyu gözüm ora-bura baxır, nəsə maraqlı hadisə olsun, külək kimisə aparsın, qucağıma hardansa bir xala yıxılsın, cəhənnəm, yağış yağsın, islanım, ilk reportajımı maraqlı notlarla başlayım. Olmur. Adi günlərdən biridi.

Nizami Kino Mərkəzi. Liftin qabağına çatan kimi qapılar açılır. İçəridən - kitab "tayası"nın arxasından Ulucayla Vüqar çıxır. Vüqar qucağında kitab bağlaması təqdimat salonuna qaçır, Ulucay da bir kitab bağlamasını qucağıma atır: “Al, daşı”.

Nə baş verdiyini anlayana qədər bir də görürəm, bir lift dolusu kitabı yığmışam yerə. Yaxşı ki, əziz redaktorum Nadir Yalçın gəlib məni xilas edir.

Tez gəldiyim üçün yan tərəfdəki divanda əyləşirəm, strateji mövqedən gəlib-keçənləri müşahidə edir, maraqlı detallar tutmağa çalışıram.
Yavaş-yavaş tanış üzlər görünür; üç bir-beş bir topalaşıb xısınlaşırlar.

Günel Xəzəldən Salam Sarvanı soruşuram, deyir, gələcək. Gözüm qapıda qalıb, nədənsə təvazökar şairimizin gələcəyinə inanmıram.

Uşaqların biri kitab gətirir, biri süfrəni düzəldir, biri nəşriyyatın stendini açıb quraşdırır. Nadir də təzə bəyin böyük əmisi ədasıyla o tərəf-bu tərəfə gəzişir (elə bil, bəyin atası kasıbdır, toya mayanı əmi buraxıb, indi də birini şiş, birini nimçə dalınca göndərir).

Tədbir, əslində, dörddə başlamalıdı, bizim Mirmehdi hələ gəlib çıxmayıb. Arabir qalxıb dost-tanışla görüşür, sonra yenə reportajım üçün “maraqlı detal” axtarıram.

Bu dəm Şəhriyar sevincək yaxınlaşır, qucağındakı yasəmən dəstəsini Günel Xəzələ verir.
Mənim də başım Sevil xanıma qarışır.
Düzü, onu görəndə gizlənmək istəyirəm. Qorxuram, yenə savaşacaq mənlə, amma Sevil xanım pozitiv, dostcasına yaxınlaşır, bir yazımı oxuduğunu, məni feysbukda tapmadığını deyir. Qorxumdan “sizi blok etmişəm” deyə bilmirəm. “Feysbuk istifadə etmirəm” deyib, Türkanla Ləmana göz-qaş edirəm ki, “məni yandırmasınlar”.
Sonra da Sevil xanımı qızlara təqdim edirəm: “Oxuduğunuz bütün bestsellerlərin tərcüməçisi, peşəkar tərcüməçimiz Sevil Gültən”.

Uzaqdan Şərif Ağayarı görüb ayağa dururam, abimi qucaqlayıb öpürəm, məni təbrik edir. Niyə təbrik edir, bilmirəm, çünki həmin vaxt Nurşən müəllimlə göz-gözə gəlirəm. Bir anlıq bütün nazirliklər, sorğular, gündəm problemləri əsgər duruşuna keçir beynimdə, həyəcan basır (bir de istersen bayıl, Feriha). İş günü olmadığını, tədbirdə ikimizin də qonaq olduğumuzu xatırlayıb toxtayıram.

Mirmehdi də təngnəfəs gəlib çıxır. Üzündə güllər açıb. Yaman da bəzənib. Deyirəm, nə qəşəng görünürsən, o da “əriyir”. Bizim Mirmehdi belədi də.

Adamların içində Salam Sarvan görünür. Axır ki. Uzaqdan əl edirəm, özü yaxınlaşır bizə tərəf. Sevincimi gizlətməyə çalışıb “sizdən üçqat küsmüşəm”, deyirəm. Salam müəllim şirinliyinə salıb birlikdə foto çəkdirməklə könlümü alır, milyonuncu dəfə barışıram (Sizə zarafat gəlməsine, şəkil çəkdirməyi sevməyən şairi qucaqlayıb foto çəkdirmək, sonra da o şəkli paylaşmaq hər oğulun işi deyil).

Ulucayla liftdə - kitab daşıyanda selfi etdiyimizi xatırlayıram, şəklimizi feysbukda paylaşıram. Yavaş-yavaş ədəbiyyat, incəsənət, media adamları yığışır. Hamının üzündə də qəribə, ümidli sevinc.

Tədbir başlayır, mikrofon yoxdur, danışanların səsini güclə eşidirik. Vasif Ayan da sağ olsun, arxada bir ordu yığıb başına, səsləri imkan vermir nəsə eşidək. Nadirin üzündəki “əmi sevinci” bir anlıq qeybə çəkilir, elə bilirəm, indicə səhnədən qışqıracaq ki, ay uşaq, nə kalxoz açmısınız orda?

Bu vaxt yanımızdakı qızlardan biri sual verir ki, bu danışan kimdir? O biri qız deyir, Şəhriyardır. Birinci xanım tanımır: “kim, kim?”. İkinci qız bu dəfə sözləyir: “Şəhriyar del Gerani”. Bütün fikrim onlardadır. Birinci xanım təzədən “aaa, o kimdir ki?” soruşur və ben şok, ben iptal. Şeir öz gücünü itirəcək deyirdilər, inanmırdıq, al sənə sübut. Çevrilib pıçıldayıram: “Təbrik edirəm, siz Şərqdə Şəhriyarı tanımayan ilk xanımsınız”.

Saata baxıram. Mirmehdi çıxış edir. Təəssüf ki, onu eşitmirəm. Çıxmalıyam. Başqa yerə gedəcəm. Çıxışda Mübariz Örəni tutub hekayələr kitabıma redaktor olacağına dair söz alıram ("zorla boynuna qoyuram" demək istəmirəm).

Yolda yadıma düşür ki, kitab almamışam. Saata baxıb geri qayıdıb-qayıtmamağı götür-qoy edirəm. Bu vaxt Ulucay zəng edir: “Səncanı, reportaj yazarsan, söz vermişdin. Bir də, məni qısqananlar var, o şəkli silə bilərsən?”. Nə etmək olar, dostlarıma qısqanılmaq mənim taleyimdir, artıq barışmışam.

Piyada “Qış parkı”na tərəf düşürəm. Hava çox qəşəngdir. Reportaj yazmaq lazımdır, heyif ki, maraqlı bir detal tapa bilmədim. Bəlkə də, mən onu axtaranda sakitcə böyrümdən ötüb keçirdi...

P.S. Ömrün uzun olsun, “Park”. Yasəmən qoxulu ümidlər saç ədəbiyyatımıza. Uğurlar, dostlar.

Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında İlk süni intellekt albomu işıq üzü görüb Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri