Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Dostu 6 bıçaq zərbəsi vurdu

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Mənim dəyərli dostum, mədəniyyət sərhədçisi Zeynal Məmmədli

Mənim dəyərli dostum, mədəniyyət sərhədçisi Zeynal Məmmədli

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Nə yaxşı ki, tale Zeynalı filologiya fakültəsi yerinə jurnalistika fakültəsinə gətirib

“Zərdabi qəzeti bir kütləvi kommunikasiya vasitəsi kimi dəyərləndirərkən onun sadə dilindən, dərvişə bənzəməməsindən, xalq həyatının aynası olmasından və bir sıra başqa incə məqamlardan söz açaraq, belə bir önəmli nəticəyə gəlir: "Həqiqət bundadır ki, qəzet xalq üçündür,  xalq qəzet üçün deyil". Di gəl,  daha vacib məqam odur ki, Zərdabi mütləq çoxluğun “məktəb”, “teatr” kimi o dövrün superçağdaş olaylarını bilmək, anlamaq istəmədiyi bir ortamda bunu da deyirdi: "Əgər mən onlara qəzet də verə bilsəm, onların dünyagörüşünü tam şəkildə dəyişə bilərəm"”, - Zeynal Məmmədli.

1980-ci illərin qeyri-formal qrupumuzun üzvləri arasında (onlardan üçü — Vaqif İbrahimoğlu, Gündüz Sarıyev və Niyazi Mehdi haqqında artıq yazmışam) bugünədək yanımızda olan heyrətamiz bir insan da var. O, adi, tərif anlamında deyil, daha dərin, demək olar, mifoloji anlamda heyrətamizdir - sanki özü də tez-tez mübahisə etdiyimiz və xəyalını qurduğumuz o mədəni ənənənin davamına çevrilib. Söhbət Zeynal Məmmədlidən gedir.

Bir vaxtlar, hələ inqilabdan əvvəl, iki imperiyanın paytaxtında gələcək filosoflar üçün yaradılmış filoloji-fəlsəfi fakültə mövcud idi. Bu fakültə dərindən düşünməyi, filoloji dəqiqliyi, tarixi genişliyi və dil biliyini özündə birləşdirən unikal bir kurs idi. Bu, sadəcə düşünməyi deyil, mədəniyyətin dili ilə, tale ilə düşünməyi öyrədən nadir bir sintez idi.

Dili “öyrənmək” mümkün deyil?

Zeynal Məmmədlinin təhsil baxmından unikallığını anlamağa çalışsaq, ağla gələn ilk şey onun dillə bağlı fenomenal, sanki insanüstü biliyidir. Ancaq bu, sadəcə sözlük və qaydaları bilməklə məhdudlaşmır. O, dili canlı orqanizm kimi, bir varlıq və düşüncə biçimi kimi, mədəniyyətin soluğu, nəfəsi kimi anlayır. Elə səviyyədə anlayıb yaşayır ki, bu səviyyədə dil artıq yalnız ünsiyyət vasitəsi deyil, bilincaltının, insan təbiətinin sirli qatlarına yol tapan açardır. Bunlardansa günün birində, kommunikasiyanın ən parlaq və ağılalmaz fenomeni olan nitq yaranıb.

“Dili öyrənmək" mümkün deyil”, - bu sözü tez-tez və dilə xəyanətlə işlədirik. Doğru olan odur ki, dillə sadəcə yaşamaq olar. Dillə yaşamaq insanın qədim yaddaşı kimi, hələ yozulmamış yuxu kimi bir stixiya və nəsillərin yaddaşı kimi var olmaqdır. Dil dünya ilə ruhun açıq və açıq olduğu qədər də sirli güzgüsünə çevrilir.

Məhz belə ortamda, özəlliklə nitqin ya ritorikaya çevrildiyi, ya da saxtakarlıqda əriyib getdiyi posttotalitar  dövrdə Zeynal sözü hiss etməyi öyrənib. Məncə, azrastlanan bacarıqdır.

Düzünü desək, bizim qrupda — Sovet İttifaqının və Azərbaycan Respublikasının bütün elmi dərəcələri ilə bəzədilmiş olsaq da, heç kim Azərbaycan dilini Zeynal qədər bilmirdi. O, dilə sadəcə yiyələnməmiş, sanki dilin ta özüydü. O, dilin inkişafını hiss edir, arxaik sözlərin əks-sədasını eşidir, qrammatik forma, ritm və səslərdə mənaların dəyişimini və zamanın nəfəsini duyurdu. Dil onun gözündə öyrəniləsi bir obyekt deyil, tale idi.

Türk köklərindən qopmadan dili öyrənmək?

Başqalarının, olsa-olsa, sözləri bir-birinə caladığı yerdə o, dilin qədim havasını,  musiqisini üzə çıxarır, yanılmadan melodiyanın bir sonrakı notunu tapır.  Bu üzdən, doğurduğu heyranlıq hissi öləzimir, keçmir. Mən gerçək savadın pasport və kimliyə görə nə demək olduğunu,  dil və mədəniyyətə ruhən bağlılığın hansı anlama gəldiyini anlamağa çalışınca, o hiss elə hey qayıdır. Və türk tarixinin, dolanışıq poeziyasının, xalq yaddaşının minlərcə illik laylarına hopub qarışmış milli dilə  belə məhrəm, iç-içə, canbir-qanbir şəkildə yiyələnmək Zeynalda maraqlı şəkildə rus mədəniyyətinin diliylə də çulğaşır. Məsələ heç də söz ehtiyatı dərəcəsində, ya da  qrammatik konstruksiyanın dəqiqliyində deyil, slavyan dünyaduyumuna xas gerçəkliyin dərin qavranış səviyyəsindədir. Bax bu zaman dəqiq anlayırsan ki, bütün dillər eyni ana dilin bətnindən çıxıb və elə bu üzdən, sən (eynən Zeynal kimi) həvəslə, ləzzətlə həmin axında üzür, ya da batırsan. Metafizikaya, yarımtona, düşüncə və intuitiv toparlamaya meylli rus dili öz gəlişmiş yazı mədəniyyəti, anlam və leksik dəqiqliyin metodologiyasıyla Zeynal üçün daxili vibrasiyanın əlavə dalğasına çevrilib. O, rusca danışmır, öz türk köklərindən qopmadan bu dili duyur.

Şərq obrazlılığıyla Qərb analitikliyinin bu sintezində insanı təkcə savadlı deyil, həm də ziyalı edən nadir özəllik üzə çıxır. Nə yaxşı ki, tale Zeynalı filologiya fakültəsi yerinə jurnalistika fakültəsinə gətirib. Axı burada söz abstraksiya deyil, əməldir. Burada dəqiqlik və uyğunluq qaydalara əməl etməyi deyil, gerçəkiliyə təsir göstərməyi hədəfləyir. Hər söz, hər deyim,  doğruyla güzəşt arasında, üslubla jest arasında, anlamla kontekst arasında balans yaratmaq deməkdir.

Zərdabi məktəbinə sasiqlik

Jurnalistika sadəcə sənət deyil, Çexovun “Qısalıq istedadın bacısıdır” fikrinin ədəbi metaforadan peşə prinsipinə çevrildiyi sahədir. Jurnalistikada söz kağızda yox, olayın içində yaşayır, təsir göstərir, reaksiya doğurur, gündəmi oluşdurur. Məhz belə ortamda Zeynal sözün ölçüsünü hiss etməyi öyrənib və bu, özəlliklə posttotalitar dövrdə - sözün ya ritorikaya yuvarlandığı, ya da saxtakarlıq selində itib batdığı, köhnə dilin öldüyü, yenisinin doğulmadığı bir zamanda azrastlanan bacarıqdır. Düzdür, onun çox böyük bir sələfi olduğunu danmaq olmaz.

"Jurnalist və alim Zeynal Məmmədli qeyd edirdi ki, Qərbdə  mətbuat şuralarının,  etik kodekslərin olmadığı dövrdə Zərdabi bu məsələlər haqqında düşünürdü. ‘Əkinçi’ qəzetində həmin dövr üçün müasir jurnalistikanın bütün əsas elementləri vardı. Onun fikrincə, Həsən bəy Zərdabi bütün dövrlərin ən peşəkar və demokratik qəzetini yaratmışdı" ("Azərbaycan mətbuatının yüzillik yolu" - 07.05.2008).

O, öncə ADU-da, indiki BDU-da oxuyub, amma təhsilinin son iki ilini MDU-da Vitali Tretyakovun təhsil aldığı qrupda başa vurub. O vaxt hələ ideoloq deyil, sistemli düşüncə adamı deyil, azadlığa can atan bu gənc sonradan 90-cı illərin əsas media brendlərindən birini "Nezavisimaya Qazeta"nı yaratmışdı. Söhbət bir göz qırpımında dəyişikliklərin simvoluna, ideoloji qəlib və tabu ilə yoğrulmuş cəmiyyətin təmiz hava nəfəsliyinə çevrilmiş qəzetdən gedir.

Tretyakovun azadlıq simvolundan Putin dövrünün təbliğat fiquruna çevrilməsi sadəcə şəxsi dram deyildi. Bu, həm də kollektiv bir dərs idi. Təbii, hər kəs zamanın cazibəsinə ayrı cavablar verir: bəziləri təslim olub, uyğunlaşır, bəziləri  kölgədə qalır. Amma məhz bu mənəvi dönüş nöqtəsində Zeynalın fərqli olduğunu gördük. O bu sınaqdan daxili deformasiya olmadan keçdi, ləyaqətini qorudu - bu isə, təəssüf ki, bizim cəmiyyətdə nadir haldır. Nə davranışlarında, nə mətnlərində, nə də söhbətlərində özünə xəyanət etmədi. Bu, bəlkə də, dövrün gerçək sınağıdır.

Moskvadan qayıdıb Bakıda tam yerləşdikdən sonra Zeynal Məmmədli 1976–1981-ci illərdə AzTV-də kiçik redaktor, redaktor və baş redaktor kimi çalışaraq nəzəri biliklərini praktikada sınayıb. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Televiziya və Radio Jurnalistikası kafedrasında çalışıb. O, kollektivə sadəcə müəllim kimi daxil olmayıb — söz mədəniyyətinin canlı daşıyıcısı, kommunikasiya ustası, mövcudluğu ilə müzakirələrin səviyyəsini yüksəldən, tələbələri intellektual düşüncə atmosferinə çəkən şəxs kimi daxil olub.

Televiziyanı ondan öyrənənlər şanslıdır?

Dissertasiya müdafiə etməsə də, - halbuki bu bizim reallıqda elmi elitanın qapılarını açan rəmz sayılır, -— Zeynal daha böyük bir şeyə nail olub: daxildən gələn nüfuza. Bu, illərlə davam edən əsl ictimai və mədəni töhfələrin bəhrəsidir, nə idarəetmə statusu, nə də formal titullarla ölçülür.

Elmi fəaliyyət sahəsində də Zeynal bir çox tanınmış tədqiqatçıları qabaqlayıb. İki dərslik ("Televiziya proqramlarının hazırlanması" və "A-dan Z-yə telexəbər”), media etikasından, media qanunvericiliyindən və debat mədəniyyətindən və medianın digər actual problemlərindən bəhs edən 12 kitab müəllifidir. Elə o say civarında da mediayla bağlı  tərcümə kitabları var.  Azərbaycanda televiziya haqqında yazılmış ilk kitab — “Sehrli güzgünün sirri” 1985-ci ildə nəşr olunub. Gələcək nəsillər ölkənin televiziyası haqqında bilgini Zeynal Məmmədlidən öyrənəcəksə, məncə,  çox şanslıdırlar.

Zeynal vaxtaşırı müxtəlif tədbirlərə - elmi seminar və ictimai dinləmələrə ekspert qismində dəvət edilib. Adı bəlli dərəcədə keyfiyyət və peşəkarlığın simvoluna çevrilib. Çap və elektron media ortamında müzakirə olunan heç bir mövzu onun adını çəkmədən tam deyilmiş kimi görünməzdi. İnsanlar onu sayqı naminə deyil, gerçək bir ehtiyacı ödəmək üçün, mediaya necə yanaşmalı olduqlarını anlamaqdan ötrü dinləyirdilər.

Bir qəzetin izi

Onun bioqrafiyasında özəl yer tutan “Press-fakt” qəzeti 1990-cı illərdə nəşr edilib. Baş redaktoru Məqsəd Nur olsa da,  qəzet tam anlamda Zeynalın nəfəsini daşıyıb. Hər şey onun əlindən keçib: müəllif seçimi, rubrikaların adlanıb-seçilib- paylaşdırılması, tematik xəttin müəyyənləşdirilməsi. O, nəyisə sırımaq əvəzinə, müəllifin güclü özəlliyini üzə çıxarıb və bu baxımdan peşəkar duyumu bənzərsiz sayılıb.

Qrupumuzun bir çox üzvü — filosoflar, teatr xadimləri, publisistlər, mədəniyyət tənqidçiləri həmin qəzetin daimi müəllifinə çevrilmişdi. Onlar təsadüfi köşə yazarı deyil, Zeynalın düşüncə və redaktəsi ilə formalaşmış fikirlərin daşıyıcıları idilər. Elə  bir yaradıcı ortam yaranmışdı ki, hər kəs özünü yazıçı yox, ictimai məkanda düşüncəsini bölüşən bir şəxs sayırdı.

O dönəmlər rusdilli mətbuatda  aramsız çap olunsam da, məni milli jurnalistikaya “Press-fakt” qəzetində Azərbaycan dilində dərc edilən yazılarım qovuşdurub. Beləcə, məni yeni auditoriya tanıyıb, fərqli reaksiya qazanmışam, düşüncə sərhədlərimi genişləndirmişəm. Bu da birbaşa Zeynalın xidməti idi. O, rus dilindəki yazılarımı sadəcə çevirmir, onları Azərbaycan dilinin axarında yenidən yaradır, açıqlayırdı. Tərcümə yox, mədəniyyət hadisəsinə çevrilən mətnlər idi və onların içində dilin gücünü mənə də hiss etdirirdi.

Qəzet qısa müddətdə populyarlaşdı. Oxunur, dartışılır, səbrsizliklə gözlənilirdi. Satış baxımından liderliyə yüksəldi, yerli QHT-lərin “ən müstəqil qəzet” mükafatını aldı. Bütün bunlar məzmunun aktual və dolğunluğundan, redaksiya mədəniyyətindən, zamanın ruhunu düzgün anlamaqdan, oxuculara sayqı-sevgidən qaynaqlanmışdı. Təəssüf ki, qəzetin taleyi postsovet məkanında tez-tez rast gəlinən ssenari üzrə sonlandı: sponsor ölkəni tərk etdi, maliyyə sabitliyi pozuldu və qəzet bağlandı. Bu, peşəkar uğursuzluq deyil, Zeynalın qəlbində döyünən bir orqanın həyatla vidalaşmasıydı.

Amma "Press-fakt" intellektual baxımdan zəngin, dürüst, gerçək qəzetin nə ola biləcəyini göstərən nadir örmək kimi həmin dövrün yaddaşında qaldı. Onun ruhu hələ də mətnlərdə, müəlliflərdə, xatirələrdə və Zeynal Məmmədlidən doğan jurnalistika ortamında yaşayır, axı o,  müəllim idi, düşünən insan və redaktor, hər şeydən əvvəlsə sözün qoruyucusu idi.

 Moltanı marşı?

“1990-cı illərin əvvəllərində mən tanınmış jurnalist Zeynal Məmmədlidən “Press-fakt” qəzetində tez-tez işlətdiyi “moltanı” sözünün mənasını soruşdum. Cavab belə oldu: bu söz nəslini, kökünü itirmiş insanları ifadə edir; onların ana dili bir neçə dilin qarışığından ibarət konqlomeratdır. Belə adamların leksikonu müxtəlif dillərdən gələn sözlər, yarımçıq ifadələr və cümlələrlə doludur - bu isə poliqlotluqdan yox, əksinə, söz ehtiyatının kasadlığından və nəticədə danışığın pozulmasından xəbər verir” (Niyazi Mehdi, “Azərbaycan diskursları üzrə səyahətlər”).

Bu tərifin özü Zeynal Məmmədlidəki yüksək mədəni duyumu, onun dil, kimlik və yaddaşla bağlı hadisələri izləməyi yetərli saymayıb, onları konseptual çərçivəyə salmaq bacarığını göstərir. Zeynalın yaxın dostu Niyazi Mehdinin söylədiyi bu fikir olduqca səciyyəvidir. O, Zeynalın maarifçiliyindəki daha bir parlaq özəlliyi ortaya çıxarır. Gerçəkdən də, doğma dilinə dərindən yiyələnmiş insan  öz xalqının tarixini də dərindən bilməyə bilməz.

Mən dəfələrlə vurğulamışam ki, azərbaycanlılar tarixə ayrıca maraq göstərən xalq deyil, özəlliklə bu tarixi yaddaşda və yazıda qorumaq baxımından. Bu boşluğu çox vaxt əfsanələr, məişət hekayətləri doldurur. Məhz bu səbəbdən öz xalqının gerçək tarixini bilən insanlar Azərbaycanda olduqca dəyərlidir və hələ həmin xalq dünyanın hər yanına səpələnmişsə, lap dəyərlidir.

Məndən soruşsalar ki, “çevrəndəki insanlar arasında belə bir şəxs kimdir?”, - tərəddüd etmədən Zeynalın adını çəkərəm. Onun Azərbaycan xalqı və onun tarixi ilə bağlı söylədiyi unikal, sözün əsl mənasında azrastlanan bilgiləri dəfələrlə eşitmişəm. O, bizim tarixşünaslıqda işlənməmiş mövzulardan bəlkə saatlarla danışa bilər.

Əslən Qərbi Azərbaycandan, bir az da dərinə gedilsə, Kərkükdən olan Zeynal, oradakı azərbaycanlıların yaşam ortamından dəyərli faktlar dilə gətirib. Mən onun sayəsində öyrəndim ki, xalqımızın mifologiyası, əfsanələri və dastanları ən çox məhz həmin mühitdə qorunub saxlanılıb, axı bu, diaspor həyatının spesifik özəlliyidir.

Unudulmağa qarşı dirəniş biçimi

Dəfələrlə şahid olmuşam: insanlar ona üz tutur, tarixi baxımdan çətin suallar ünvanlayır və cavabı mütəxəssis səviyyəsində alacaqlarına şübhə etmirlər. Bu, sadəcə bir fakt deyil, dövlət və ictimai qurumların mədəni mirası qoruyub ötürmə vəzifəsinin öhdəsindən gələ bilmədiyi ortamda Zeynal Məmmədlinin yerinə yetirdiyi tarixi-mədəni missiyanın qəbuludur.

Zeynal Məmmədli bir mədəniyyət sərhədçisi  kimi görünür: bugünün içində yaşayır, ancaq keçmişin yükünü özü ilə daşıyır və onu gələcəyə ötürür. Onun sözə, ana dilinə, mikrotoponimikaya, xalqın itirilmiş hekayətlərinə olan marağı, sadəcə, şəxsi maraq deyil, unudulmağa qarşı dirəniş biçimidir.

O, təkcə jurnalist deyil, mədəniyyətin genetik kodunun qoruyucusudur. Dövrün şahididir və bir millətin taleyini dərin fəlsəfi refleksiya səviyyəsində anlamaq bacarığına malik şəxsdir.

Bizim qeyri-rəsmi qrupun, Zeynal Məmmədli də daxil, demək olar, bütün üzvləri XXI əsrin ilk çərəyində Azərbaycan cəmiyyətinin mürəkkəbliyini anlamağa çalışan gələcək nəsillərin diqqət mərkəzində ola bilər. Onlara biz yarımçıq bir portret buraxırıq. Əminəm, bu portretə yeni və vacib cizgiləri Zeynal Məmmədlinin özü də əlavə edəcək. Bəlkə də çox yaxın gələcəkdə...

Əli Abasov

Professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see132

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri