Icma.az
close
up
RU
“Mənim İmişli istintaqçılarından xahişim budur ki...”

“Mənim İmişli istintaqçılarından xahişim budur ki...”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əlbət ki, İmişlidə baş vermiş hadisə son dərəcə böyük bir faciədir. Əsas da ortalıqda ölüm faktı var deyə. Bir anlıq özünü o günahsız körpələrin valideynlərinin yerinə qoyursan və adamı həqiqətən dəhşət bürüyür. Uşağı səhər o başdan sağ-salamat məktəbə yola salasan və az sonra belə xəbər gəlsin... Ağır dərddir. Gerçəkdən! Tanrı yerişi hələ də gözümüzün önündən getməyən balalara qəni-qəni rəhmət eləsin. Gözü yaşlı qalan ata-analara isə səbr versin!

Bildiyim qədər artıq rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb və ilkin istintaq hərəkətləri aparılır. Üstəlik, heç şübhəm yoxdur ki, bu faciənin baş verməsində günahı olan hər kəs tamı-tamına cəzasını alacaq.

Amma və lakin!

Dünəndən etibarən, bir də... radikal qanadı təmsil edən siyasi şoumenlər özlərinə “əl qatıblar” və vəziyyətdən dövlətə, Azərbaycan polisinə qarşı istifadə etməyə çalışırlar. Niyə? Məncə niyəsi hamıya məlumdur...

Bəli, onlar sürücülük vəsiqəsi olmadan maşın sürən, yol hərəkəti qaydalarını ən ağır formada pozan, hadisənin baş verməsində əsas günah sahibi olan adam barəsində kəlmə də olsun danışmırlar. Onlar əsl həqiqətin üzə çıxmasını qətiyyən istəmirlər. Onlar, inanın, heç baş verən faciənin miqyasını belə anlamırlar, üzüntüsünü belə dərk etmirlər.

Elə əsl dəhşət də budur!

Hamıya, hər şeyə, hətta faciələrimizə də vasitə kimi baxmaq.

İnsanların göz yaşından bəhrələnməyə çalışmaq, bu dəmdə də janqlyorluq, fürsətcillik etmək, mövzunu namərdcəsinə kontekstdən çıxarmaq və tam başqa məcaraya yönəltmək..

Özünü yanımcıl kimi göstərib, daldada başqa məqsədlər güdmək...

***

Mənim İmişli istintaqçılarından xahişim budur, hadisə fonunda onu da araşdırsınlar ki, son 2 gündə kimə, hansı ölkədən və nə məzmunlu tezislər gəlib. Tam ciddiyəm və hətta bunu israrla söyləyirəm. Çünki anti-milli zəncirbəndin bu şəkildə sistemli idarə olunması, yuxudan günorta 3-də qalxanların səhər erkəndən hövlanək canlı yayım açmaları, saxta platformalarda saxta ekspertlərin ard-arda peydahlanması, 24 saat ərzində “YouTube”a buraxılan milyonlar və sair, ilaxır – bunlar elə-belə məsələlər deyil!

Bir daha təkrar edirəm: Körpə balaların ölümündə günahkar olanlar cəzalansın! Mütləq bir şəkildə cəzalansın!

Fəqət, vəziyyətdən istifadə edib, dövlətinə qarşı xəbiscə, xaincə, namərdcə oyun oynayanlar, mövzunu riyakarcasına siyasiləşdirənlər də cəzalansın! Onlar da mütləq cəzalansın!

Və mən, bu işin altından ən birinci bilirsinizmi kimin çıxacağını düşünürəm?!

O insanın ki.....uzaq olmayan keçmişdə ən yaxın dostunun qızı elə avtomobil qəzasındaca öz məsuliyyətsizliyi ucbatından yanındakı kişini öldürmüş, günahı ölənin üstünə atmış, sonra faktlar və sübutlar qarşısında günahını etiraf etməyə məcbur qalmış, cəzasını almış, fəqət bununla belə yenə də qatil ola-ola radikal çevrədə “qəhrəman” elan olunmuşdu....

Yəqin bildiniz, söhbət kimdən gedir...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri