Icma.az
close
up
RU
Jorj Kaskilya: İmişli dən gələn təklif mənim üçün böyük şans idi MÜSAHİBƏ

Jorj Kaskilya: İmişli dən gələn təklif mənim üçün böyük şans idi MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025/26-cı “futbol ili”ndə Premyer Liqada iştirak edəcək “İmişli”nin baş məşqçisi Jorj Kasilyanın Sport1.az-a müsahibəsi

- Azərbaycana xoş gəlmisiniz. Necə oldu ki, “İmişli”nin baş məşqçisi oldunuz? Hansı təklif sizi cəlb etdi?

- Məşqçi olaraq Çexiyada çalışmışdım. “Znoymo”da işləmişdim. Bu komandanın çıxış etdiyi liqa Azərbaycan Premyer Liqasından zəif idi. “İmişli”dən təklif aldım. Klubun prezidenti Kamran bəylə danışdıq. Ona xüsusi təşəkkür edirəm. Mənə şərait yaratdı ki, özümü göstərə bilim. Yaxşı komanda yaratmaq istəyirəm. Burada işləmək mənim üçün naliyyətdir.

- Sizi nəyin cəlb etdiyi ilə bağlı heç nə demədiniz. Bəzi məşqçilər klubun yaxşı layihəsi olduğunu, seçimini bu səbəbdən etdiyini bildirir. Digərləri isə özlərini isbat etmək üçün bu tip təklifləri qəbul edir. Sizdə hansıdır?
- Hər iki səbəbi nəzərə alaraq “İmişli”nin təklifini qəbul etdim. Açığı, özümü isbat etmək istəyirəm. Portuqaliyada çox şans qazanmadım. Azərbaycanda özümü məşqçi kimi sübut etmək istəyirəm. Həm mediaya, həm də Portuqaliyadakılara göstərmək istəyirəm ki, çalışdırıcı kimi uğur qazana bilərəm. “İmişli”dən gələn təklif mənim üçün böyük şans idi. Bundan əlavə, prezident mənə layihələrinin nə qədər böyük və əhəmiyyətli olduğunu inandırdı. Buradakı etimadı doğrulda biləcəyimi düşündüm. Komanda ilə bağlı bütün məsuliyyət məndədir. Bu da özümü isbat etməyim üçün əlavə motivasiyadır. Azərbaycan çempionatı inkişaf edir. Mən bunu yarış kimi qəbul edirəm. Komandam uğurlu olsa, mən qalib gəlmiş olacam.

- Azərbaycan Premyer Liqasında işləyən ilk portuqaliyalı məşqçi olacaqsınız. Ölkəmizə Portuqaliyadan gələn bir çox futbolçular uğurlu olublar. Bəs məşqçidə necə olacaq? Portuqaliyadan gələn mütəxəssisin Azərbaycandakı karyerası uğurlu ola bilər?
- Əlbəttə! Hər məşqçinin arzusu işlədiyi yerdə uğurlu olmasıdır. Premyer Liqada yeniliklər edəcəyik. Komandamız başqa tərzdə qurulur. Bu da oyunumuza təsir edəcək. Hazırkı şərtlər məni qane edir. Öz bacarığımı göstərməyin vaxtıdır. “İmişli”nin fərqli komanda olduğunu nümayiş etdirməliyik. Buna çox inanıram. Bizim çıxışımız Premyer Liqada fərqlilik yaradacaq.

- Premyer Liqada işləyən əcnəbi məşqçilər çempionatda uğursuz olanda əllərində bəhanələri olur. Deyirlər ki, vaxt lazımdır. 2 aya yaxındır ki, komandadasınız. Çempionatın başlamasına hələ 20 gün var. Bu müddət istədiyiniz komandanı yığmağa bəs edəcək?
- Bir kollektivi 2 ay ərzində formalaşdırmaq mümkün deyil. Amma məqsədim bəllidir. Öz fəlsəfəmi, fikirlərimi, taktikamı komandama aşılamaq istəyirəm. Bu vaxt tələb edir. Futbol 3 ay ərzində göstərilən nəticə deyil. Futbol oyun günü əldə edilən qələbədir. Düzdür, bütün komandalar qalib gəlmək istəyirlər. Qələbə oyunçuların motivasiyasına böyük təsir göstərir. Çempionata uğurlu başlamaq istəyirik. Bu, komandanın birliyini gücləndirəcək. Özünəinamını artıracaq. Uğurlu başlanğıc istəyimizi, düşüncələrimizi daha yaxşı tətbiq etməyə səbəb olacaq. Nəinki bəhanələr etməyə...

- “İmişli” I Liqada “5-4-1” sxemindən istifadə edərək uğur qazandı. Bundan yenə istifadə edəcəksiniz? Ümumiyyətlə, hansı taktiki sxemdən faydalanacaqsınız?
- Yeni komanda qururuq. Bu səbəbdən də taktiki sxem dəyişiləcək. Amma hansından istifadə edəcəyimizi sizə açıqlamayacam. Bu komandada hər şey sıfırdan qurulur. Yeni deyirəm, öz fəlsəfəmi tətbiq edəcəm. Buna uyğun sxemlə “İmişli” Premyer Liqada mübarizə aparacaq.

- I Liqada mübarizə aparan komandadan bəzi futbolçuları qalıb. Yeni oyunçular da transfer edilib. Sizcə, komanda Premyer Liqaya neçə faiz hazırdır? 100 faizlik nəticə üçün daha neçə transfer lazımdır?
- Bura mövsümün ortasında gəlsəydim, mənə vaxt lazım olardı. Futbolçulara adaptasiya olmalı idim. Çünki komandanın başqa fəlsəfəsi olacaqdı. Amma “İmişli”ni sıfırdan qururuq. Elə oyunçular seçirəm ki, futbolçular tapşırıqlarımı tam yerinə yetirə bilsinlər. Yerli futbolçulara ümidim böyükdür. Elə əcnəbilər seçirik ki, “İmişli”yə fayda versinlər. Qarşıda böyük marafon var. Buna uyğun kollektiv formalaşdırıram. Amma indi neçə faiz hazır olduğumuzu deyə bilmərəm. Hər şey çempionat başlayanda bəlli olacaq.

- AFFA İcraiyyə Komitəsinin qərarı ilə “İmişli”yə 1 illik möhlət verilib. Bu müddət ərzində klub stadionunu və bazasını formalaşdırmalıdır. Yəni, uzun müddət ev oyunlarınızı doğma şəhərdə keçirə bilməyəcəksiniz? Bu, işinizə mənfi təsir göstərməyəcək ki?
- Təbii ki, doğma meydanda oynamaq bizə daha çox xeyir verərdi. Böyük azarkeş kütləsi qarşısında oynamaq bizə üstünlük qazandıracaqdı. Lakin dəyişə bilməyəcəyimiz məsələləri qəbullanmalıyıq. Amma “İmişli”ni ürəkdən sevən azarkeşlər harada məskunlaşmağımızdan asılı olmayaraq ev oyunlarımızda bizi tək qoymayacaqlar. İstəyir matçlarımıza bir azarkeş gəlsin. Biz ürəyi “İmişli” üçün döyünənlər üçün oynayacağıq. Bəli, çətin olacaq. Amma düşüncə olaraq komandanı buna hazırlayıram. Biz güclü olmalıyıq. Məqsədlərimiz var. Buna çatmaq üçün uğurlu nəticələr əldə etməliyik. Digər məsələlər isə zamanla öz həllini tapacaq.

- Təyinatınız Azərbaycan mediasında, futbol ictimaiyyətində xoş qarşılanmadı. Çoxları deyir ki, “İmişli” yerli baş məşqçini işə götürməlidir. Bəziləri Jorj Kaskilyanın nəticələrinin qənaətbəxş olmadığı fikrindədir. Bu da “İmişli” azarkeşlərinə mənfi təsir edir. İndi onlar sizdən müsbət nələrsə gözləyir. Buradan azarkeşlərinizə nə söyləmək istəyərsiniz?
- Bura klub prezidentinin dəvəti ilə gəlmişəm. O, mənə inanıb, güvənib. Mən də özümə inanıram. Təcrübəm də var. Portuqaliyada 3 dəfə aşağı liqadan daha yuxarı çempionata komanda çıxartmışam. Qarşıma qoyulan bütün məqsədlərə çatmışam. Rəhbərliklə görüşəndə planlarını diqqətlə dinlədim. Sıfırdan komanda formalaşdırmalıyıq. Bizim hədəfimiz Premyer Liqada qalmağa oynamaq deyil. Təbii ki, ilk üçlükdə yer alacağıq deməyim doğru deyil. Səkkizlik üçün oynayırıq. Bunun üçün fundamenti olan kollektiv formalaşdırırıq. Fanatlar, futbol ictimaiyyəti rahat olsunlar. “İmişli”nin xoş nəticələrini gördükdə, məni və rəhbərliyin işini bəyənəcəklər.

- Söz-söhbətlərə inansaq, sizin “İmişli”yə gəlməyinizə səbəb olan şəxs milli komandamızın baş məşqçisi Fernandu Santuşdur. Portuqaliyalı mütəxəssis AFFA vasitəsi ilə sizi rəhbərliyə tövsiyyə edib. Bizdə olan məlumata görə isə ondan sizin haqda soruşulub. Santuş bildirib ki, mən elə məşqçi tanımıram...
- Bunlar yalan məlumatlardır. Fernandu Santuş Portuqaliyanın ən yaxşı məşqçilərindən biridir. Amma onunla şəxsi tanışlığım yoxdur. Əmin ola bilərsiniz ki, onun məsləhəti ilə bura gəlməmişəm. Kamran bəy agentimlə əlaqə saxladı. Danışdıq, razılaşdıq və burada çalışmağa başladım. Bu qədər sadə.

- “İmişli”nin stadionu, bazası, tam hazır akademiyası hələlik yoxdur. Deyirsiniz ki, hədəfimiz ilk səkkizlikdə qərarlaşmaqdır. Bu qədər çatışmazlıqlar sizə çətinlik yaratmayacaq?
- Baxın! Situasiya ideal deyil. Sadaladığınız problemlərin hamısını bilirəm. Mənim işim ideal komanda qurmaqdır. Bu problemləri klub rəhbərliyi həll etməyə çalışır. Sadaladığınız məsələlər gec-tez həll olunacaq. Mən məşqçi kimi normal komanda formalaşdırmasam, bunların o qədər də əhəmiyyəti olmayacaq. Güclü kollektiv qurmalıyam. Düzdür, hər şey ideal deyil. Lakin bunlar qlobal problemlər deyil. Çünki rəhbərlik bu istiqamətdə işlər görür. Artıq akademiya ilə bağlı ilkin addımlar atılır. Əsaa heyət formalaşır. Mən də öz təcrübəmlə bu komandanın güclü olmasına çalışacam. Biz iş görmək istəyirik. “İmişli” sıfırdan, öz küllərindən qurulur. Bütün çətinliklərə rəğmən, hər şey əla olacaq! Buna inanıram!
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see152

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see138

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see127

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see125

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see123

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see123

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see121

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see120

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see120

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see119

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see118

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see118

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see116

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri