Icma.az
close
up
RU
“Mənim öz bayrağım olmalıdır” şəhid kapitanın uşaqlıq arzusu

“Mənim öz bayrağım olmalıdır” şəhid kapitanın uşaqlıq arzusu

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Şəhid kapitan Aşur Cəmiyev 18 iyunda – Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündə dünyaya gəlib. Lakin Aşur həmin tarixi heç vaxt öz ad günü kimi qeyd etməyib.

Şəhid kapitan Aşur Cəmiyevin bacısı Ayşən Paşayeva AZƏRTAC-a açıqlamasında Zəngilan istiqamətində üçrəngli Azərbaycan Bayrağını yüksəklərə sancan şəhid qardaşı ilə bağlı xatirələrini bölüşüb.

Şəhid bacısı bildirib ki, Aşur 1987-ci il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açıb. O, ailənin ilk övladı olub. Uşaqlıqdan yaşıdlarından fərqlənən Aşur əlaçı şagird olmaqla yanaşı, hərbi sahəyə və Azərbaycan Bayrağına xüsusi sevgi bəsləyib.

“Uşaq vaxtından bayrağa çox bağlı idi. Məktəbdə partaların üzərinə bayraq qoyulurdu. Həmişə anama deyirdi ki, mənə ayrıca bayraq alın, mənim öz bayrağım olmalıdır”. Bir gün bilsəm ki, mən bu hərbi formanı geyinib səhər öləcəyəm, yenə də bu formanı geyinəcəyəm”, - deyə A.Paşayeva qardaşının səkkizinci sinifdə olarkən valideynlərinə söylədiyi sözləri xatırlayıb. Bundan sonra valideynləri onun seçiminə hörmətlə yanaşaraq Aşurun arxasında durublar. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Daha sonra Bakıda Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasında təhsil alıb.

“Qardaşım şəhid olduğu zaman qızı səkkizaylıq olub. Qızını nə doyunca öpdü, nə doyunca qoxladı, nə doyunca sevdi. Nə qədər istəyirdi qızını görsün, amma buna qismət olmadı”, - deyə A.Paşayeva kövrələrək bildirib. O qeyd edib ki, Aşurun xidmətinin yalnız sərhəd mühafizəsi ilə bağlı olduğunu düşünüb. Lakin qardaşının şəhidliyindən sonra onun kəşfiyyat üzrə xüsusi hazırlıq keçdiyini, erməni dilini öyrəndiyini bilib. Şəhid kapitanın bacısı 2020-ci ildən sonra ailəsinin yaşadığı ağır günlərdən də danışıb. Şəhidin nəşinin gətirildiyi gün ailənin həyatının tamamilə dəyişdiyini deyən A.Paşayeva bir müddət sonra anasını da itirdiklərini bildirib. “Aşurun şəhid xəbəri gələndə üç gün gözlədik. Sonra onun tabutunu gətirdilər. Anam Aşurun yoxluğuna dözməyib dözməyib rəhmətə getdi. Aşurun itkisi, o ağır xəbər, keçirdiyi sarsıntı anamı onu çox çökdürdü. Mən inanıram ki, anamla Aşur qovuşublar, hər ikisi bir yerdədir”.

Şəhid bacısı bildirib ki, qardaşının və anasının itkisi onun həyatında sağalmayan bir yara yaradıb: “Bu gün dörd ildir anam dünyasını dəyişib. Mənim gözümün yaşı hələ də qurumayıb. Aşur haqqında danışanda həm fəxr edirəm, həm qürur duyuram, həm də kövrəlirəm. İçimdə yığılanlar var. Bəzən bir insanın sadəcə “Ayşən, necəsən?” deməsi kifayət edir ki, saatlarla danışım. Danışdıqca elə bil bir az yüngülləşirəm”.

Müxbir - Tünzalə Arazlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri