Icma.az
close
up
RU
“Mənimlə Azərbaycan dilində danışmağa və söyməyə başladı…” Video

“Mənimlə Azərbaycan dilində danışmağa və söyməyə başladı…” Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Vətən yaxşı!” layihəsinin budəfəki qəhrəmanı Türkiyənin Ankara, Almaniyanın Köln və Heydelberq şəhərlərində uzun müddət təhsil almış və çalışmış həkim-ortoped-travmatoloq Samir Abbasovdur.

“Qafqazinfo” onun Vətənə qayıdış hekayəsini təqdim edir:

“Mən Abbasov Samir Məhəmməd oğlu hazırda Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-ortoped-travmatoloq olaraq çalışıram. Həkim olmaq istəyi məndə uşaqlıqdan yaranıb. 2000-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul oldum. 2006-cı ildə oranı bitirmişəm. 2007-ci ildən 2010-cu ilə qədər ehtiyatda olan zabit kimi Vətənə xidmət etmişəm. Xidməti bitirdikdən sonra Türkiyənin Ankara şəhərinə getdim və orada həm uzmanlıq imtahanlarına hazırlaşdım, həm də çalışdım. İşlədiyim müddətdə hərbidə olan təcrübələrim çox böyük idi”, - S.Abbasov bildirib.

Almaniyadakı iş fəaliyyətindən danışan Samir Abbasov qeyd edib ki, o, Ankara şəhərindən sonra iş fəaliyyətini Almaniyanın Köln və Heydelberq şəhərlərində həkim assistenti kimi davam etdirib.

O, Vətənə qayıdışını məhz ölkə səhiyyəsində baş verən yeniliklərlə əlaqələndirib: “Avropada olarkən ailəm mənə dedi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in keçirdiyi bir proqram var. O proqram vasitəsilə xaricdə oxuyan həkimlər Vətənə geri qayıdırlar. Mən də respublikaya qayıdıb sənədlərimi təqdim etdim və müsahibədən uğurla keçdim. Bundan sonra mənə periferiyada olan rayonların biri - Quba rayonunda çalışmaq təklif olundu və mən bunu qəbul etdim.

Məndən soruşurlar ki, həkim, niyə bura qayıtmısınız? Nəyə görə Bakı yox, məhz Quba? Suallar olduqca çox olub. Cavabım belədir: Qubanı mənim istədiyim yeganə ortopedik və travmatoloji mərkəz olduğu üçün seçmişəm”.

Quba Regional Travmatoloji Mərkəzdə çalışan həkim-travmatoloq burada yaşadığı maraqlı anları belə xatırlayır: “Türkiyəlilərin bir ifadəsi var: əli götürmək. Yəni çıraqçılıq deyirlər. 2 il biz işsiz qalmışdıq. Mənim əlim yatmışdı. Təzə-təzə Qubaya gedəndə əlim yatmışdı. Cərrahın əlinin yatmağını siz başa düşə bilməzsiniz. İşləməyəndə əl yatır. Sonra işləyə-işləyə açılır, daha sonra improvizasiyalar başlayır.

TƏBİB 5 il ərzində elə bir sistem qurub ki, biz tövsiyələrimizi verə bilirik və bizim xaricdə gördüyümüz, yəni hansı ki, xaricdə artıq o sistem qurulub və orada gördüklərimizi burada göstərə, tətbiq edə bilirik”.

Xarici ölkələrdəki pasiyentlərlə azərbaycanlılar arasındakı fərqlərə toxunan Samir Abbasov bildirib ki, oradakı xəstələr öz xəstəlikləri haqqında nəzəri olaraq informasiya toplayıb bizim yanımıza gəlirlər və artıq nə olunacağı, nə edəcəyimiz haqqında məlumatlıdır və özləri bilir nə istəyirlər.

Həkim-travmatoloq başına gələn maraqlı əhvalatı belə şərh edib: “Bir dəfə əməliyyat müddətində mənə dedilər ki, bir gürcü xəstə gəlib və zəhmət olmasa, rus dilində danış. Söhbət edərkən o, həqiqətən də, gürcü dilində danışırdı. Rus dilində onunla danışdım. Anesteziyadan çıxdıqdan sonra çox maraqlıdır ki, başladı mənimlə Azərbaycan dilində danışmağa və bizi söyməyə. Xəstə qeyri-adekvat olaraq danışırdı. Başa düşmədim ki, niyə məhz Azərbaycan dilində danışır. Məndən soruşurdular ki, xəstə ilə nə söhbət edirsən? Dedim ki, mənim dilimdə danışır, amma siz mənə həmin adamı gürcüstanlı kimi təqdim etmisiniz. Sonda məlum oldu ki, atası azərbaycanlı, anası gürcüdür və xəstə özü Azərbaycan dilində çox gözəl danışır”.

Azərbaycan səhiyyəsində son 5-6 ildə çoxsaylı yeniliklər həyata keçirildiyini qeyd edən S. Abbasov deyib ki, məhz bu dəyişikliklər artıq xaricdə oxuyub, orada çalışan həkimlərin diqqətini cəlb edir və onları Vətənə qayıtmağa sövq edir: “Çox böyük addımlar atılıb. Ümid edirik ki, bu addımlar millətimizə, xalqımıza, çox gözəl nəticələr göstərəcək. 2000-2007-ci illərdə Azərbaycan səhiyyəsi post-sovet məkanından sonra dağılmış bir sistem idi, yeni qurulmağa başlayırdı. Xaricə getməyimin səbəbi də o idi ki, mən istədiyim sahələr respublikada hələ formalaşmamışdı. Gedib gəldikdən sonra ən azından rezidentura sisteminin qurulmağı, fikrimcə, bizim tələbələr üçün çox böyük şansdır. Biz bunun üçün çalışırdıq ki, gedib xaricdə oxuyaq. İndiki dövr olsaydı, mən heç yerə getməzdim, qalardım Vətəndə.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB qısa müddətdə çox böyük işlər görüb, səhiyyəmiz ciddi bir inkişaf yolu keçib. Daha böyük uğurlara doğru getməyimizi arzulayıram. İstək var, çalışqanlıq var və hesab edirəm ki, bundan da yaxşısı üçün bir az da vaxta ehtiyacımız var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri