Icma.az
close
up
RU
Menstruasiya zamanı ağrı və nasazlıqlar

Menstruasiya zamanı ağrı və nasazlıqlar

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir çox qadınlarda menstruasiya (aybaşı) bu və ya digər xəstəlik hissiyyatları ilə keçir.

Bu halı həkimlər menstruasiya önü sindromu (menstruasiyadan əvvəl qadın orqanizmində olan pozğunluqlar) və alqodismenoreya (ağrılı aybaşı) kimi adlandırırlar.

Birinci halda aybaşı başlamazdan bir neçə gün əvvəl qarının aşağı hissəsində ara verməyən ağrılar, xeyli selik ifrazı, tezləşmiş sidik ifrazı hissiyyatı, ümumi hal-əhvalın pisləşməsi, süd vəzilərinin mümkün ola biləcək gərginləşməsi, baş ağrıları, başgicəllənmə, miqren (kəskin baş ağrıları), bayılmalar (özündəngetmələr), depressiya, hər şeyə kəskin reaksiya vermək, ürəyi kövrəklik və bir çox digər narahatedici əlamətlər əmələ gəlir.

Aybaşı başlayandan sonra bu narahatlıqlar ya keçib gedir və ya arta bilərlər. Alqodismenoreya zamanı qadında qarının aşağı hissəsində ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları, ümumi zəiflik, bəzən isə huşun itirilməsi (bayılma) kimi əlamətlər olur. Bir sıra qadınlarda bu əlamətlər tez bir zamanda keçib getsə də, digərlərində menstruasiyanın sonuna qədər saxlanmış olur.

Əlbəttə ki, aybaşı (menstruasiya) zamanı olan ağrılar uşaqlığın müxtəlif patoloji xəstəliklərində - endometrioz (uşaqlığın selikli qişasının iltihabı), uşaqlıqda daxili çapıqların olması, uşaqlığın formasının düzgün olmaması, uşaqlığın mioması və s. bu kimi patoloji hallarda da baş verə bilər. Məhz buna görə aybaşı dövründə, kəskin ağrılar hiss edildiyi halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda menstruasiya vaxtı və ya ondan qabaq, hətta kəskin ağrılar və digər “narahatlıqlar” hiss edən qadınlar tam sağlam olurlar. Bəs bu halda menstruasiya vaxtı olan ağrılar və digər xoşagəlməz hissiyyatlar nə ilə əlaqədardır? Ginekoloqlar bu halları qadın cinsi hormonlarının orqanizmə təsiri ilə əlaqələndirirlər. Məlum olduğu kimi, uşaqlıq menstruasiya dövründə şişkinləşdiyi üçün onun ölçüləri bir qədər artaraq əvvəlki halına nisbətən daha çox yer tutmuş olur. Ola bilər ki, bu zaman uşaqlıq qonşu orqanlara dirənir ki, bu da çanaq nahiyəsində ağrılar və digər narahatlıqlara səbəb olur. Ağrılar menstruasiya zamanı uşaqlıq boynunun əzələ qatının vaxtında boşalmaması (genişlənməməsi) nəticəsində də baş verə bilər; yəni uşaqlığın selikli qişasının qopması başlamış olduğu halda, uşaqlıq boynu lazımi ölçülərədək genişlənməmiş ola bilər. Bu halda uşaqlıq içəri tərəfdən dartılmaqla özü-özünü genişləndirir ki, bu da ağrıya səbəb olur.

Menstruasiya vaxtı və ondan qabaqkı dövrdə, qadının sinir sistemi və psixoloji halında olan dəyişiklikləri həkimlər, qadın cinsi hormonlarının sinir sisteminə olan təsiri ilə izah edirlər. Beləliklə, həkimlə məsləhətləşdikdən sonra, ağrılı aybaşının olmasına baxmayaraq sizin orqanizminizdə heç bir patoloji pozğunluğun olmadığına əmin olduqdan sonra, ümumi vəziyyətinizi yungülləşdirmək üçün aşağıdakı məsləhətlərimizdən istifadə edin:

- Menstruasiya başlanan günü və ondan 1 gün əvvəl bir çox qadınlara adi spazmolitik dərman preparatlarından birinin (sizə hansı preparatın uyğun olmasını seçmək üçün həkiminizlə məsləhətləşin) qəbul edilməsi yaxşı kömək edir;

- Kəskin ağrılar olduğu halda həkim-ginekoloqla məsləhətləşərək ağrıkəsici preparatlarından da istifadə etmək olar;

- Bir çox qadınlara isti vanna qəbul edilməsi də yaxşı kömək edir. Bu, əzələlələrin yüngül dərəcədə boşalmasına səbəb olur ki, bunun da nəticəsində uşaqlıq boynu daha tez açılır. Bu məqsədlə həmçinin qarının aşağı hissəsinə isti qrelka (içinə isti su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq) da qoymaq olar;

- Aktiv fiziki hərəkətlər də bir çox hallarda qadınlarda ağrının azalmasına səbəb olur;

- Ağrının azalmasına aşağıdakı idman hərəkəti də kömək edə bilər: arxasıüstə uzanaraq divar boyu ayaqlarınızı yuxarı qaldırın. Bədən əzələlərinizi tam şəkildə boşaldaraq bu halda 15 dəqiqə ərzində uzanın;

- Menstruasiya vaxtı ümumi əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi, psixi və nevroloji gərginlik, hər şeyə kəskin reaksiya vermək, depressiya və s. əlamətlər olduğu hallarda həkim-nevropatoloqa müraciət etməklə sakitləşdirici dərman preparatlarının qəbul edilməsi barədə məsləhət almaq olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri