Icma.az
close
up
RU
Mənzil almaq gənclərimiz üçün əlçatan deyil Deputat nikahların azalmasından DANIŞDI

Mənzil almaq gənclərimiz üçün əlçatan deyil Deputat nikahların azalmasından DANIŞDI

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Təəssüf ki, ölkəmizdə boşanmaların sayı artır. Məsələ həm də nikahların azalması fonunda meydana gəlir. Nikahların azalmasının bir çox səbəbləri var. Ən başlıca səbəb gənclərin ailə qurmağa tələsməməsidir. Bu da dayanıqlı iş yerlərinin olmaması, mənzil problemləri səbəbindən yaranır. Bu gün mənzil almaq gənclərimiz üçün əlçatan deyil. Valideynin buna imkanı yoxdursa, uzun müddət lazım olur ki, mənzil problemi həll olunsun. İşlə bağlı iqtisadi problemlər də çoxdur. Bu da gəncləri məsuliyyətin altına girməkdən çəkindirir deyə nikahların sayı azalır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 
Deputat bildirib ki, boşanan ailələrin də sayı da əvvəlki illərə nisbətən xeyli sayda artıb:
"Boşanmaların sayı qurulan nikahların sayının yarısına bərabər olur. Hər iki qurulan ailədən birinin dağılma ehtimalı 40-50 faizdir. 
Statistikanın artması ciddi sosial problemdir. Bu amil gələcəkdə genofondumuza ciddi təsir edəcək. Qurulan ailələrdə 1, ən yaxşı halda 2 uşağın olmasına üstünlük verirlər. Mütəxəssislər də qeyd edir ki, ailədə 1 uşağın olması gələcəkdə əhali sayına ciddi təsir edəcək. Ən azı 2-3 uşaq olması əhalinin sayının balanslaşmasına xidmət edər. Elə bu məsələdə bir çox hallarda iqtisadi problemlərlə bağlı olur".
Onun sözlərinə görə, digər yandan ailə insitutunun məqsədyönlü şəkildə dağıdılmasına dair işlər də görürük:
"Bəzi televiziya kanalları adətlərimizə, milli ənənələrimizə tamamilə zidd verilişlər hazırlayırlar. Reytinq, reklam xətrinə dəyərlərə üz çevirən verilişlərin təbliğatı ailə insitutunun məhv olmasına zəmin yaradır. Normal gənclər isə ailə qurarkən 100 ölçüb, 1 biçirlər, heç bir səbəb ailələrinin dağılmasına səbəb olmur. 
Digər səbəblərdən qurulan ailələr isə uzun ömürlü olmur. Boşanmanı bütövlükdə Azərbaycan cəmiyyəti üçün xarakterik olmayam yanaşma kimi görürəm, istənilən halda milli kimliyimiz üçün ailə insitutunun qorunması vacibdir. 
Ailə kiçik dövlətdir, onu idarə etmək böyük bacarıq, səbr tələb edir. Arzu edirik ki, dayanıqlı ailə fondunun inkişaf etdirilməsi istiqamətində maarifləndirici işlər aparılsın. Televiziyalar maarifləndirici verilişlər hazırlasın, KİV məsələni öz üzərinə götürsün. Xüsusilə ictimai, siyasi, cəmiyyətdə sözü keçən insanlarımız bu mövzuda avanqard mövqedə olmalıdırlar".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri