Icma.az
close
up
RU
Süni intellekt sistemləri sosial həssas qruplar üçün əlçatan olmalıdır Deputat

Süni intellekt sistemləri sosial həssas qruplar üçün əlçatan olmalıdır Deputat

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Süni İntellekt yalnız inkişaf üçün deyil, sosial bərabərlik və rifah üçün də vacibdir. Ucqar bölgələrdə yaşayan insanlar üçün təhsil və səhiyyə xidmətlərinə çıxış imkanı genişlənə bilər. Yəni süni intellekt, düzgün tətbiq olunarsa, cəmiyyətdə kənarda qalan insanları da önə çıxara bilər. Amma təhlükə də var: çünki bütün bu imkanlardan hamı bərabər şəkildə faydalana bilmir. Ona görə də atılan addımlar yalnız texnologiya yönümlü deyil, ədalətli, əhatəli və etik olmalıdır".

Ölkə.az xəbər verir ki, bunu deputat Səbinə Salmanova QDİƏT PA Sosial və Humanitar Komitəsinin 65-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt bir çox prosesi daha sürətli və rahat edib. "Artıq bankda növbəyə durmadan kredit almaq, yüzlərlə məlumatı analiz edib qərar vermək və tərcümə proqramları ilə fərqli dillərdə ünsiyyət qurmaq mümkündür. Amma bu dəyişikliklər sosial nəticələrə də səbəb olur. İnsanlar texnologiya ilə daha çox vaxt keçirdikcə birbaşa ünsiyyət azalır, sosial əlaqələr dəyişir. Digər tərəfdən, texnologiyadan istifadə edənlərlə edə bilməyənlər arasında rəqəmsal uçurum yaranır. Xüsusilə ucqar kəndlərdə yaşayan bəzi insanlar var ki, bu sistemlərə uyğunlaşmaqda çətinlik çəkirlər. Nəticədə təhsil, səhiyyə, sosial yardım kimi vacib xidmətlərdən yararlana bilmirlər. Halbuki süni intellekt düzgün tətbiq olunsa, bu insanlar üçün yeni fürsətlər yarada bilər – məsələn, onlayn dərslər və avtomatlaşdırılmış tibbi xidmətlər vasitəsilə. Bu imkanların gerçəkləşməsi üçün dövlətlərin və şirkətlərin sosial məsuliyyət daşıması vacibdir. Süni intellekt yalnız iqtisadi qazanc üçün deyil, cəmiyyətin inkişafı üçün istifadə olunmalıdır. Unutmayaq ki, süni intellekt özü qərar vermir – qərarları verən insanlardır. Əgər düzgün yanaşsaq, bu texnologiya cəmiyyəti daha ədalətli edə bilər.

Süni intellektin sosial həyatımıza təsiri dövlət xidmətlərində daha çox hiss olunur. Artıq bir çox ölkədə xidmətlər avtomatlaşdırılır – vətəndaşların ehtiyacları əvvəlcədən proqnozlaşdırılır və daha sürətli cavab verilir. Bu, daha çevik və şəffaf xidmətlər deməkdir.

- Səhiyyədə süni intellekt analizlər vasitəsilə həkimlərə kömək edir, 
- Təhsildə fərdi tədris proqramları hazırlanır, 
- Sosial yardıma ehtiyacı olan insanlar daha dəqiq müəyyən edilir.

Amma qərarların süni intellekt tərəfindən verilməsi həm fürsət, həm risk yaradır. Əgər sistemin məlumatları qərəzlidirsə, qərarlar da qərəzli olacaq. Buna görə etik dəyərlər, şəffaflıq və ictimai iştirak əsas rol oynamalıdır. 

Süni intellekt Azərbaycanda da dövlət səviyyəsində prioritet istiqamət olub. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, süni intellekt ölkəmizin inkişafının əsas dayaqlarından biridir.
Bu sənəd süni intellektin ölkə üçün nə qədər strateji əhəmiyyət daşıdığını göstərir.

Texnologiyanın inkişafı təkcə infrastrukturla məhdudlaşmır. Hüquqi çərçivə, təhlükəsizlik, şəxsi məlumatların qorunması və etik standartlar da bu prosesin ayrılmaz hissəsidir.

Hələ ölkəmizdə süni intellektlə bağlı ayrıca qanun formalaşmasa da, bu mövzu artıq cəmiyyətin diqqət mərkəzindədir.

Əsas məqsəd odur ki, süni intellekt insan hüquqlarını və sosial ədaləti qoruyan bir mexanizm kimi inkişaf etdirilsin. Məlumatların işlənməsi zamanı vətəndaşların razılığı və məlumatın necə istifadə olunacağı şəffaf bildirilməlidir.

Bundan əlavə, süni intellekt sistemləri regionlar və sosial həssas qruplar üçün də əlçatan olmalıdır", - o qeyd edib.

O əlavə edib ki, nəticə etibarilə, Azərbaycanda süni intellektin inkişafı üçün siyasi iradə mövcuddur, infrastruktur qurulub. İndi əsas məsələ bu texnologiyanın hüquqi və sosial baxımdan düzgün istiqamətə yönəldilməsidir: "Süni intellekt təkcə texnoloji üstünlük deyil, ədalətli və güclü cəmiyyət qurmaq vasitəsidir. Bu məsələdə parlamentin üzərinə çox böyük məsuliyyət düşür. Çünki bu texnologiyanın cəmiyyətə təsiri, vətəndaşların hüquqları və həssas qrupların imkanlardan faydalanması qanunvericilikdən asılıdır.

Birinci, biz bu sahədə etik və hüquqi çərçivə yaratmalıyıq. Səhiyyə, təhsil, sosial yardım və dövlət xidmətlərində şəffaflıq, ayrı-seçkilik etməmə və insan nəzarəti prinsipləri qanunla təsbit olunmalıdır. 

İkinci məsələ, alqoritmlərin səhv etmə risklərinin idarə edilməsidir. Məsələn, sosial yardım alan vətəndaşları müəyyənləşdirən süni intellekt sistemləri qərəzli ola bilər. Ona görə qanunla tələb olunmalıdır ki, bu sistemlər etik auditdən keçsin.

Üçüncü, qəbul edilən normativ aktlar beynəlxalq standartlarla uyğunlaşmalıdır. Müstəqil süni intellekt müşahidə mərkəzi yaradılmalıdır.

Dördüncü, əmək bazarına təsir məsələsidir. Süni intellekt bəzi peşələri aradan qaldıracaq, amma yenilərini yaradacaq. Parlament gələcəyə yönəlmiş əmək sahəsini tənzimləyən normativ aktları qəbul etməli, sosial müdafiə şəbəkələrini yenilənməsi və rəqəmsal savadlılıq proqramlarına ayrılan büdcəyə xüsusi diqqət yetirməlidir.

Beşinci məsələ gənclər və təhsildir. Gənclər süni intellektin ən aktiv istifadəçiləridir. Bunu nəzərə alaraq, təhsil proqramlarında rəqəmsal savadlılıq və etik süni intellekt bilikləri əsas fənlərə daxil edilməlidir.

Nəhayət, parlamentin ən önəmli rolu şəffaflıq və ictimai nəzarəti qorumaqdır. Komitə dinləmələri, ictimai müzakirələr və açıq məlumat ekosistemləri vasitəsilə süni intellektlə bağlı qərarlar xalqın gözü qarşısında olmalıdır. Bu həm etimadı gücləndirəcək, həm də demokratik hesabatlılığı təmin edəcək.

Hörmətli həmkarlar, əgər biz bu addımları vaxtında atsak, süni intellekti təhlükə deyil, inkişafın dayağına çevirə bilərik. Parlament bu prosesdə yalnız qanunverici orqan deyil, həm də ictimai etimadın qarantıdır.

Nəticədə, bizim üzərimizə düşən vəzifə odur ki, bu texnologiyanı cəmiyyətimizin rifahı, vətəndaşların hüquqlarının qorunması və sosial ədalətin təmin olunması istiqamətində işləri həyata keçirək.

Parlamentari olaraq biz qanunvericilik, ictimai nəzarət və strateji yönləndirmə vasitəsilə süni intellektin təhlükəsizlik, faydalılıq və inkişaf balansını təmin etməliyik. Bizim məsuliyyətimiz təkcə texnologiyanın tətbiqi deyil, həm də gələcək nəsillərə daha güclü, ədalətli və bərabər imkanlara sahib bir cəmiyyət miras qoymaqdır.

Gəlin, süni intellekti insan üçün, insan naminə və insanla birgə inkişaf etdirək".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri