Icma.az
close
up
RU
Mənzil almaq ümidi azalanda insanlar pullarını nəyə xərcləyir?

Mənzil almaq ümidi azalanda insanlar pullarını nəyə xərcləyir?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Dünyanı sarsıdan 2008-ci il böhranından sonra Yunanıstanda yalnız iki sektorda artım qeydə alındı: qida-içki və daşınmaz əmlak sahələrində.

Yunanıstanlı akademiklərin apardığı yeni araşdırma bu vəziyyəti “kafe iqtisadiyyatı” adlandırır.

Çünki həm kafelərin sayı, həm də qida-içki sektorunda çalışan insanların sayı artmaqda davam edir.

İnsanların pul xərcləmə vərdişləri uzunmüddətli investisiyalardan daha çox ani zövqlərə yönəlir.

Bu ssenari təkcə Yunanıstana aid deyil, oxşar problemləri yaşayan başqa bir ölkəyə də aiddir.

İqtisadi çətinliklər insanların xərcləmə və yığım davranışlarına necə təsir edir?

İqtisadçı Rəşad Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, insanların davranışlarının təhlili empirik nəticələr ortaya qoyur: “Təbii ki, iqtisadi böhranlar istehlakçı davranışlarına, investor davranışlarına qərar qəbul etməyə müxtəlif istiqamətli ciddi təsirlər göstərir. Yəni iqtisadi böhranların baş verdiyi dövrlərdə insanların davranışlarının təhlili bu istiqamətdə müxtəlif empirik nəticələr ortaya qoyur. Məsələn, Daniel Kahnemanın istehlakçı davranışını xarakterizə edən araşdırmalarının nəticələri də onu deməyə əsas verir ki bir çox faktorlar insanların rasional və ya irrasional davranışa yönəlməsini təsir göstərə bilir.

Böhran baş verdikdə, Yunanıstan nümunəsində kafelərin ortaya çıxmasını izah etmək üçün həm tələb, həm də təklif istiqamətində bu prosesə təsir edən amillərə diqqət yetirmək lazımdır. Burda bir tərəfdən əslində yığım imkanlarının məhdudluğu və burdan qaynaqlanan investisiya etmə imkanları, yeni biznesə başlama imkanlarının məhdudluğu və dolayısı ilə də başqa tərəfdən əmək bazarında tələbin aşağı düşməsi, işsizlik kimi amillər özü-özlüyündə, ənənəvi sadə, daha az investisiya tələb edən və qısamüddətli dövrdə investisiyanın geridönməsi ehtimalları olan sahələrə sahibkarlıq təşəbbüslərini artırır. Yəni insanlar kofe, restoran, içkilərin satışı və s. kimi daha az investisiya tutumlu sahələrə yönəlirlər. Bu təklif istiqamətində vəziyyəti formalaşdıran amillərdir”.

Rəşad Həsənovun sözlərinə görə, burda müəyyən qədər tələb istiqamətli təşviqedici amillər də nəzərə alınmalıdır: “İri biznes layihələrinin həyata keçirilməsi planlaşdırma, proqnozlaşdırma olmur, iqtisadi mühit proqnozlaşdırılan olmur, investisiya imkanları məhdud olur. Risklər yuxarı olduğu üçün bəzi hallarda maliyyə əlçatanlığı aşağı düşür, faizlər yüksəlir və sair. Bütövlükdə, bu şəkildə formalaşan konyunkturda müvafiq istiqamətdə kiçik həcmli investisiya meyilləri artır. Amma digər tərəfdən təbii ki, burda müəyyən qədər tələb istiqamətli təşviqedici amillər də nəzərə alınmalıdır. Əlbəttə ki, təklif bir tərəfdən sadaladığımız amillərlə artırsa, təbii ki, bunun qarşılığında tələb olmadığı təqdirdə bu çox uzun müddət davam edə bilməz. Qısamüddətli dövrdə burda artıq bir ziddiyyət ortaya çıxır və beləliklə də müəssisələr bazardan çıxmalıdır. Amma məsələ ondadır ki, o emprik təhlillər göstərir ki, həqiqətən də bir çox hallarda böhran olan ölkələrdə daha az xərclə əldə oluna bilən istirahət , əyləncə, xidmətlərinə və yaxud zövqlərə meyillər artıb. Bu eyni zamanda uzunmüddətli dövrdə ümidin aşağı düşməsi, xüsusi ilə də mənzil kimi ciddi kapital tutumlu istiqamətlərdə uğurun əldə edilməsi ehtimalının aşağı olması- bu hallarda insanlar bir növ dərviş həyatı yaşayırmış moduna keçirlər”.

Rəşad Həsənovun fikrincə, insanlar qazanclarını daha az xərc tutumlu istiqamətlərdə cari zövqlərə yönəldirlər: “Çünki üfüqdə ümid yoxdur, üfüqdə mənzil sahibi olmaq imkanı olmaq yoxdur, avtomobil əldə etmək imkanı yoxdur. Yaxud investisiya toplayıb hər hansı bir biznesə startap layihəsinin həyat keçirilməsinə başlama ehtimalı çox aşağıdır. İqtisadi böhranların gətirdiyi ümidsizlik cəmiyyətlərdə bu şəkildə istehlakın yenidən dizayn olunması və yaxud irrasional əsaslara, məcralara yönəlməsini hansısa formada təşviq edir və bu özünü sübut edib. Hazırda bunun qlobal səviyyədə ən bariz nümunəsi kimi biz mənzil əlçatanlığı istiqamətində baş verən proseslərlə oxşada bilərik”.

Rəşad Həsənov vurğulayıb: “Dünyanın bir çox ölkələrində artıq gənclər mənzil sahibləri olmaqla bağlı ümidlərini azaldır və bu uzunmüddətli dövrdə yığıma ehtiyacı azaldır, qısamüddətli dövrdə xərcləmə istehlak meyillərini hansısa formada dəstəkləyir. Bu artıq qlobal iqtisadiyyatın hətta inkişaf etmiş ölkələrdə belə - ABŞ kimi, Britaniya kimi, Avropa Birliyi kimi iqtisadiyyatlarda belə bu ciddi şəkildə müasir iqtisadi mühitin ortaya qoyduğu nəticələr kimi önə çıxmaqdadır. Bu artıq son dövrlərdə hətta Türkiyə iqtisadiyyatında bənzər bir simptomplar görünməkdədir, o cümlədən Azərbaycan iqtisadiyyatında da bunun demək olar işartıları görünməkdədir”.

Rəşad Həsənov əlavə edib: “Bu gün paytaxt və onun ətrafında mənzil əldə etmək imkanları ciddi şəkildə sürətlə pisləşir. Bu şərtlər daxilində artıq bu istiqamətdə planlama və proqnozlaşdırma mümkünsüz hal alır. İnsanlar dediyimiz kimi daha çox cari istehlak məqsədli istiqamətlərdə öz vəsaitlərini sərf edir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri