Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Mənzil İnşaatı Dövlət Agentliyi 10 ildir vətəndaşlara xidmət edir

Mənzil İnşaatı Dövlət Agentliyi 10 ildir vətəndaşlara xidmət edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 aprel, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyinin yaranmasının 10 illiyi münasibətlə agentliyin rəhbərliyi və kollektivi tərəfindən Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsini təmin etmək məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 10-cu ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirilib.

10 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun yaradılmasının 10-cu ildönümü, həmçinin 10 aprel — İnşaatçılar Günü münasibətilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

S.Sadıqov bildirib ki, Azərbaycan vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması olub.

Sadiq Sadıqov qeyd edib ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə 10 illik fəaliyyəti dövründə agentlik Bakıda və regionlarda ümumilikdə 19 layihəyə başlayıb. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa “Böyük Qayıdış” çərçivəsində icra olunan layihələrdir.

Güzəştli mənzil layihələrindən 8-nin inşası tamamlanıb, 8 layihənin icrası isə hazırda davam etdirilir. Tamamlanmış layihələr — Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhərində 2 layihə, Gəncə Yaşayış Kompleksi, və Lənkəran Yaşayış Kompleksidir.

İnşası tamamlanmış layihələrdə 12 minə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib. Bu komplekslərdəki mənzillər həm “Güzəştli mənzil” sistemi vasitəsilə, həm də dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib. Beləliklə, 10 il ərzində agentliyin layihələrindən ümumilikdə 11 mindən çox ailə mənzil əldə edib.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata keçirilir. Mənzillərin satışı prosesində güzəştli ipoteka kreditlərinin verilməsi “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlamış agent banklar vasitəsilə həyata keçirilir. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 12 agent bank ilə əməkdaşlıq edilir.

Çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) və qanunvericiliyinin tələblərinə uyğun, həmçinin bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.

Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır. Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.

İcrası davam etdirilən 8 layihədən Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərinin tikintisi isə artıq başa çatmaq üzrədir. Saray, Hövsan (2,31), Hövsan (5,83) layihələri isə hazırda icra edilir. Naxçıvan Yaşayış Kompleksinin layihələndirilməsi tamamlanmaq üzrədir, Şəmkir yaşayış kompleksinin layihələləndirilməsi isə davam edir. Bu layihələrdə 6 mindən çox mənzilin, 2 məktəbin və 5 uşaq bağçasının tikilməsi nəzərdə tutulub. Həmçinin güzəştli mənzillərin tikilməsi məqsədilə Salyan şəhərində yeni torpaq sahəsi agentliyin sərəncamına verilib.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin regionlarında güzəştli mənzillərin tikintisi məqsədilə əhalinin mənzil ehtiyacının öyrənilməsi və müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Sadiq Sadıqov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr və şəhərlər salınır. Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunub, Xocalı şəhərindəki yaşayış binaları isə əsaslı təmir edilib.

Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. İnşası başa çatmış Füzuli Yaşayış Kompleksində artıq ailələrin daimi məskunlaşması təmin edilib. 2023-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, həmçinin mənzillərə baxış keçiriblər.

Cəbrayıl Yaşayış Kompleksinin də inşası başa çatdırılıb və 2024-cü ilin oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. 7,87 hektar torpaq sahəsində yerləşən Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var.

Həmçinin, agentlik tərəfindən Xocalı şəhərində 3,34 hektar ərazidə yerləşən 180 mənzildən ibarət 15 ədəd 3 mərtəbəli yaşayış binası əsaslı təmir edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 2024-cü il may ayının 28-də yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bununla yanaşı, Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycanın icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir. Agentlik tərəfindən “Azərbaycan” məhəlləsində ibtidai məktəb və uşaq bağçası binası, həmçinin 4 yaşayış məhəlləsi inşa edilərək təhvil verilib. 2025-ci il iyun ayının 19-da “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin təməli qoyulub.

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılması və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 45 mindən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Agentlik öz fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınmasına xüsusi əhəmiyyət verir. Bununla əlaqədar olaraq uyğun qiymətə mənzillərin tikintisi sahəsində çoxillik təcrübənin öyrənilməsi məqsədilə agentliyin nümayəndələrinin 2016-cı ildə Türkiyəyə, 2019-cu ildə İsveçrəyə, 2020 və 2023-cü illərdə Amerika Birləşmiş Ştatlarına, 2017 və 2026-cı illərdə isə Sinqapura işgüzar səfəri təşkil edilib. 2020-ci ildə Nyu-York şəhərində keçirilən “Evsizliyin aradan qaldırılması məqsədilə hər kəs üçün uyğun qiymətə mənzil təminatı və sosial müdafiə sistemləri” mövzusuna dair BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının 58-ci sessiyasında agentliyin iştirakı təmin edilib. Sessiyadakı çıxışda Azərbaycan hökumətinin sosial yönümlü siyasəti, habelə MİDA-nın bu siyasətin həyata keçirilməsində fəaliyyəti, icra olunan layihələri, “Güzəştli mənzil” elektron sistemi barədə məlumatlar verilib.

Ötən müddət ərzində agentlik ictimaiyyətin dəqiq, ətraflı və operativ məlumatlandırılmasını təşkil etmək məqsədilə media ilə sıx və səmərəli əməkdaşlıq edib. Həmçinin agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə olan səhifələri vasitəsilə məlumatlar paylaşılıb, inşa olunan layihələrə mediaturlar təşkil olunub.

Fəaliyyəti dövründə agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil edilib. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilib, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılıb. Bununla yanaşı müxtəlif vaxtlarda ağacəkmə aksiyaları keçirilib.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən agentliyin digər vəzifəli şəxsləri də 10 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Aprel 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri