Icma.az
close
up
RU
Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur". Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib. O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.
Son dövrlər daşqın, sel, meşə yanğınları, zəlzələlər, həmçinin bir sıra kütləvi tələfatlara və maddi ziyana səbəb olan təbii fəlakətlərin sayının artması ilə Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortasını yenidən gündəmə gətirib. Məlumdur ki, əslində bu, "İcbari sığorta haqqında" qanunda yer alır, amma tətbiq olunmur. Hətta bir neçə il öncə qanunun tətbiq ediləcəyi, sığorta olunmayanaların cərimlənəcəyi barədə xəbərlər yayılsa da, tətbiq edilmədi.
Maraqlıdır, nə üçün yaşadığımız mənzilləri sığorta etməkdə çətinlik çəkirik? Ümumiyyətlə, bu sahədə problemlər nədir? Yeni konsepsiya bu istiqamətdə nələri dəyişə bilər? 
Sığorta eksperti İlkin Nəcəfov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, daşınmaz əmlakın icbari sığortası da qanuna əsasən, icbari qaydada edilməlidir: 
"Katastrofik risklər dedikdə təbii fəlakətlər, yanğınlar, partlayışlar, ildırım vurması, zəlzələ kimi hadisələr nəzərdə tutulur. Hər bir əmlak - yaşayış, qeyri-yaşayış sahəsi icbari qaydada sığortalanmalıdır. Hazırda sakinlər bunu etməkdə maraqlı deyillər. Çünki cərimə mexanizminin işlək protokolu yoxdur. Bu cərimə mexanizmini həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanı təyin edilməyib. Qanun var, amma qanunun icrası ilə bağlı cərimə mexanizmi olmadığı üçün əhali də əmlakını sığortalamır”.
Mütəxəssis deyir ki, hazırda əmlaklarını sığortalayanlar daşınmaz əmlakla bağlı notariusda, dövlət orqanlarında əqdlər həyata keçirənlərdir: 
"Qeyri-yaşayış sahələrində icbari sığorta üzrə bazarın əhatə göstəricisi demək olar ki, 100 faizə yaxındır. Çünki icbari sığortası olmayan qeyri-yaşayış sahələri Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən cərimələnir. Amma yaşayış sahələrində bu mexanizm yoxdur. Mərkəzi Bank bununla bağlı iş aparır, müvafiq icra hakimiyyəti orqanının cərimə protokolu hazır olandan sonra bu sığortanın tətbiqi həyata keçiriləcək”.
Əmlak eksperti Elnur Azadov isə deyir ki, iki il öncə bu sahədə maaifləndirmə aparılır, cəmiyyətdə maraq oyanırdı. İndi isə vəziyyət dəyişib: 
"Ölkədə artıq bir neçə ildir ki, daşınmaz əmlakın icbari sığortası həyata keçirilir, bununla bağlı müvafiq qanunvericilik var. İlk illər bu barədə geniş müzakirələr aparıldı. Hətta  sığorta olmadığı halda inzibati məsuliyyətə, cərimələrə cəlb olunma məsələsi də gündəmdə var idi. Bu səbəbdən 2022-2023-cü ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xeyli sığorta müqavilələri bağlanıldı və bu sahədə inkişaf var idi. Lakin 2024-cü ildə proses yenidən səngidi. Vətəndaşlar sanki bunu unutdular.  Ona görə də daşınmaz əmlakın icbari sığortası əvvəlki illərlə müqayisədə 2-3 dəfə azaldı”.
Əmlak eksperti deyir ki, daşınmaz əmlakda sığorta hadisələrinin sayı az olduğundan, risklər də çox deyil. Buna görə də vətəndaşlar əmlakını sığorta etməyə meyilli deyillər: 
"Bu sahənin inkişafı üçün ölkədə çox işlər görülməlidir. Məsələn, qeyri-rəsmi məlumata görə, 500 mindən çox müxtəlif daşınmaz əmlakın mülkiyyətləri tanınmır, yəni, qanunsuz tikililərdir. Hətta mənə görə bu rəqəm 700-800 mindir. Çünki 500 min yalnız Bakı ərazisindədir. Belə böyük həcmdə daşınmaz əmlakın amnistiyası olmalıdır. Bu istiqamətdə illərdir işlər aparılır, lakin hələ də nəticə yoxdur. Nə vaxt ki, ölkədə olan bütün daşınmaz əmlakların mülkiyyəti tanınacaq, bu sektorun inkişafı üçün daha çox iştirakçı cəlb olunacaq”.
Mütəxəssisin sözlərinə görə, növbəti problem odur ki, ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var: "Onların da sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var. Bu, ciddi səbəbdir. Çünki sığorta şirkətləri qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar. Hər hansı bədbəxt hadisə olarsa, təbii ki, bunun da nəticəsi yaxşı olmayacaq”.
Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası illik Bakı ərazisində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda 25 min manatdır. Digər yaşayış məntəqələrində bu məbləğ 15 min manat müəyyən olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri