Icma.az
close
up
RU
Mənzillər bu halda ucuzlaşa bilər AÇIQLAMA

Mənzillər bu halda ucuzlaşa bilər AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kirayə mexanizmi ilə satışa çıxarılan 237 mənzil bazarda müəyyən qədər alternativ yaratsa da, bu sayın ümumi mənzil fonduna nisbətdə hələ ki, ciddi çəkisi yoxdur. Buna görə də bu addımın qiymət artımını tam dayandırmaqdan çox, müəyyən seqmentdə nisbətən balanslaşdırıcı rol oynayacağı gözlənilir.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, 237 mənzilin bu gün bazara çıxarılması ümumi daşınmaz əmlak bazarına ciddi və hiss olunan təsir göstərmir:
“Bu tip layihələrin adətən özünəməxsus hədəf auditoriyası olur və həmin mənzillər daha çox müəyyən sosial və ya maliyyə kriteriyalarına uyğun alıcılara yönəlir. Bu səbəbdən də bazarda normadan artıq təklifin formalaşmasına və ya kəskin qiymət dəyişikliklərinə gətirib çıxarmır. Coğrafi baxımdan isə təsir daha lokal xarakter daşıyır. Yəni həmin mənzillərin yerləşdiyi ərazi və onun ətrafında qısa müddətli və məhdud qiymət dəyişiklikləri müşahidə oluna bilər. Lakin bu təsir ümumi bazar dinamikasına ciddi şəkildə sirayət etmir. Bazarın əsas qanunauyğunluğu ondan ibarətdir ki, nə qədər çox daşınmaz əmlak tikilərək bazara daxil olarsa, ümumi mənzil fondu genişlənir. Nəticədə qiymətlər daha stabil və balanslı olur. Təklifin artması uzunmüddətli perspektivdə qiymət artımının qarşısını alan əsas amillərdən biridir”. 
Görünən odur ki, mənzil bazarında real ucuzlaşma üçün təkcə dövlət layihələri deyil, həm də kütləvi tikinti işlərinin miqyası genişlənməlidir. Hazırkı mərhələdə bu satışlar yalnız müəyyən bir qrupun mənzil ehtiyacını qarşılayan balanslaşdırıcı vasitə rolunu oynayır.
Qısası, dövlətin kirayə öhdəliyi ilə satışa çıxardığı mənzillər hələlik bazar qiymətlərini aşağı salmaq üçün kifayət etmir, sadəcə məhdud sayda ailənin ev sahibi olmasına kömək edir.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri