Məqsəd maksimum nəticə olacaq Qurbanovdan PSJ və Nyukasl la bağlı açıqlama
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün çox önəmli uğura imza atdıq.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bu uğura nail olmaq üçün çox əziyyət çəkdiklərini söyləyib: “İkinci dəfə idi turnirin əsas mərhələsində çıxış edirdik. Bu il oyunların sayı daha çox oldu. Yaxşı nəticələr əldə edildi. Bu, futbolumuz üçün vacib idi. Xalqımızı təbrik edirəm”.
O, növbəti raunddakı potensial rəqibləri - “Nyukasl” və PSJ barədə də fikirlərini bölüşüb: “Əsas məqsəd maksimum nəticə göstərmək olacaq və bütün klublar bunun üçün çalışacaq. Bu mərhələdə heç bir rəqibi bir-birindən ayırmaq olmaz. Bəlkə bu gün PSJ daha çətin rəqib hesab edilə bilər. Amma İngiltərə klublarının da göstərdiyi oyun hamıya bəllidir. Onların gücünü bilirik. Daha yaxşı idman formasında olan komanda yüksək nəticə əldə edəcək”.
Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinin son turunda İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzub. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 29 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















