“Məqsədimiz ən azı bir qızıl medal qazanmaqdır” FBA nın baş katibinin ə AÇIQLAMASI
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Bu gün Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının boks turnirində final görüşləri keçiriləcək.
Məlumata görə, Azərbaycanı dörd boksçu təmsil edəcək və onlar qızıl medallar uğrunda mübarizə aparacaqlar.
İdman.Biz mövzu ilə bağlı Azərbaycan Boks Federasiyasının (FBA) baş katibi Nağı Səfərovdan açıqlama alıb.
O, Azərbaycan boksçularının gücünə inandığını bildirib:
“Turnirdə yalnız yeddi boksçumuz iştirak edib - üç kişi və dörd qadın. Onlardan altısı yarımfinala yüksələrək ölkəmiz üçün medal qazanıblar. İndi isə final görüşlərini gözləyirik, bu mərhələdə dörd idmançımız çıxış edəcək. Ümid edirəm ki, finaldakı rəqiblərin gücünə baxmayaraq, ən azı bir qızıl medalımız olacaq”.
Vüqar Vüqarlı, Ər-Riyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 10 Noyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















