Icma.az
close
up
RU
Mərkəz rəisi: Səpinqabağı toxumların dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir

Mərkəz rəisi: Səpinqabağı toxumların dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki respublikanın ən böyük taxılçılıq rayonlarındandır. Hər il respublikada istehsal olunan taxılın təxminən 15 faizə qədəri Şəki rayonunun payına düşür. Bu il rayonda 2026-cı ilin məhsulu üçün 60 min hektardan çox sahədə taxıl əkilməsi planlaşdırılır. Payız mövsüminin yaxınlaşması ilə əlaqədar hazırda dövlət və fermer təsərrüfatlarında taxıl toxumlarının təmizlənməsi, kondinsiyaya çatdırılması və dərmanlanması prosesi həyata keçirilir. Bu günədək rayonun fermerləri tərəfindən 1470 ton taxıl toxumu dərmanlanıb və proses davam etdirilir. Qlobal iqlim dəyişkənliyi şəritində səpinqabağı toxumların geniş spekterli insekto-fungisidlərlə dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev deyib.

Mərkəzin rəisi bildirib ki, toxumların geniş spekterli preparatlarla dərmanlanmasının yüksək məhsul əldə edilməsində rolunu fermerlərə izah etmək üçün Mərkəz tərəfindən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsində məhsul istehsalçılarına elmi-praktiki təlim keçirilib. Təlim prosesində fermerlərə izah edilib ki, toxumun dərmanlanmasında insekto-fungisidlərdən istifadə edilməsi, yəni xəstəlik və zərərvericilərə qarşı olan preparatların tətbiqi nəticəsində vegetasiya ərzində kimyəvi çiləmələrin sayı xeyli azalır. Bu isə, ətraf mühitin mühafizəsi, torpağın pestisid yükünün azaldılması ilə yanaşı, fermerləri izafi xərclərdən qoruyur. Eyni zamanda, fermerlər payı-qış dövründə torpaq zərərvericilərinin (məftil qurdu, taxıl böcəyi sürfələri) taxıl əkinlərinə ziyanlıq vurmayacağından əmin olurlar.

Mərkəzin rəisi deyib: “Torpaqda saysız-hesabsız patogen mikroorqanizmlər var. Bunlara fuzarium və helmintasporium mənşəli kök çürüməsi xəstəliklərinin törədicilərini misal göstərmək olar. Dərmanlanmamış toxum səpdikdə qeyd etdiyimiz patogen mikroorqanizmlər toxuma nüfuz edir və yeni əmələ gələn cücərtilərin xəstələnərək məhv olmaqla sahədə seyrəkliyin əmələ gəlməsinə, torpaq zərərvericiləri tərəfindən cücərtilərin yeyilməsinə səbəb olur. Odur ki, səpinqabağı bütün toxumlar (buğda, arpa , qarğıdalı, günəbaxan, kartof, soğan, sarımsaq, soya, qarpız, yemiş, xiyar, pomidor və sair) mütləq dərmanlanmalıdır. Toxumların dərmanlanması nəinki onları torpaq infeksiyalarından mühafizə edir, eyni zamanda, vegetasiya müddətində əmələ gələn aerogen infeksiyalardan da qismən mühafizə edir. Xüsusilə, pas xəstəliklərinin əmələ gəlmə riskini 25-30 faiz aşağı salır”.

Tələt Mehdiyevin sözlərinə görə, toxumların dərmanlanmasında bioloji aktiv preparatlardan (biostim, biostim zernovoy, qumat, izabion, fulcan, evrofun, biocib, humik asit və sair) istifadə olunması toxumun cücərmə enerjisini yüksəldir, sahədə çıxış alındıqdan sonra məhsuldar zoğların sayını artırır, kollanma düyünlərində şəkərin daha çox toplanmasına səbəb olur. Nəticədə belə cücərtilər qışı normal keçirir, xəstəliklərə qarşı davamlılıq artır, mühit amillərinin təsirindən yarana biləcək stress faktorlarının qarşısı alınır və məhsuldar zoğların hesabına yüksək məhsuldarlıq əldə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri