Icma.az
close
up
RU
Mərkəz rəisi: Səpinqabağı toxumların dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir

Mərkəz rəisi: Səpinqabağı toxumların dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəki, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki respublikanın ən böyük taxılçılıq rayonlarındandır. Hər il respublikada istehsal olunan taxılın təxminən 15 faizə qədəri Şəki rayonunun payına düşür. Bu il rayonda 2026-cı ilin məhsulu üçün 60 min hektardan çox sahədə taxıl əkilməsi planlaşdırılır. Payız mövsüminin yaxınlaşması ilə əlaqədar hazırda dövlət və fermer təsərrüfatlarında taxıl toxumlarının təmizlənməsi, kondinsiyaya çatdırılması və dərmanlanması prosesi həyata keçirilir. Bu günədək rayonun fermerləri tərəfindən 1470 ton taxıl toxumu dərmanlanıb və proses davam etdirilir. Qlobal iqlim dəyişkənliyi şəraitində səpinqabağı toxumların genişspektrli insekto-fungisidlərlə dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev deyib.

Mərkəzin rəisi bildirib ki, toxumların genişspektrli preparatlarla dərmanlanmasının yüksək məhsul əldə edilməsində rolunu fermerlərə izah etmək üçün Mərkəz tərəfindən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsində məhsul istehsalçılarına elmi-praktiki təlim keçirilib. Təlim prosesində fermerlərə izah edilib ki, toxumun dərmanlanmasında insekto-fungisidlərdən istifadə edilməsi, yəni xəstəlik və zərərvericilərə qarşı olan preparatların tətbiqi nəticəsində vegetasiya ərzində kimyəvi çiləmələrin sayı xeyli azalır. Bu isə ətraf mühitin mühafizəsi, torpağın pestisid yükünün azaldılması ilə yanaşı, fermerləri izafi xərclərdən qoruyur. Eyni zamanda, fermerlər payız-qış dövründə torpaq zərərvericilərinin (məftil qurdu, taxıl böcəyi sürfələri) taxıl əkinlərinə ziyanlıq vurmayacağından əmin olurlar.

Mərkəzin rəisi deyib: “Torpaqda saysız-hesabsız patogen mikroorqanizmlər var. Bunlara fuzarium və helmintasporiummənşəli kök çürüməsi xəstəliklərinin törədicilərini misal göstərmək olar. Dərmanlanmamış toxum səpdikdə qeyd etdiyimiz patogen mikroorqanizmlər toxuma nüfuz edir və yeni əmələ gələn cücərtilərin xəstələnərək məhv olmaqla sahədə seyrəkliyin əmələ gəlməsinə, torpaq zərərvericiləri tərəfindən cücərtilərin yeyilməsinə səbəb olur. Odur ki, səpinqabağı bütün toxumlar (buğda, arpa , qarğıdalı, günəbaxan, kartof, soğan, sarımsaq, soya, qarpız, yemiş, xiyar, pomidor və sair) mütləq dərmanlanmalıdır. Toxumların dərmanlanması nəinki onları torpaq infeksiyalarından mühafizə edir, eyni zamanda, vegetasiya müddətində əmələ gələn aerogen infeksiyalardan da qismən mühafizə edir. Xüsusilə pas xəstəliklərinin əmələgəlmə riskini 25-30 faiz aşağı salır”.

Tələt Mehdiyevin sözlərinə görə, toxumların dərmanlanmasında bioloji aktiv preparatlardan (biostim, biostim zernovoy, qumat, izabion, fulcan, evrofun, biocib, humik asit və sair) istifadə olunması toxumun cücərmə enerjisini yüksəldir, sahədə çıxış alındıqdan sonra məhsuldar zoğların sayını artırır, kollanma düyünlərində şəkərin daha çox toplanmasına səbəb olur. Nəticədə belə cücərtilər qışı normal keçirir, xəstəliklərə qarşı davamlılıq artır, mühit amillərinin təsirindən yarana biləcək stres faktorlarının qarşısı alınır və məhsuldar zoğların hesabına yüksək məhsuldarlıq əldə edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see205

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see191

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see160

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see138

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see137

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri