Icma.az
close
up
RU
“Mərkəzi Asiya Bloku” və Azərbaycan AKTUAL

“Mərkəzi Asiya Bloku” və Azərbaycan AKTUAL

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu yaxınlarda Mərkəzi Asiya liderlərinin Donald Trampla niyə görüşdüyü bəlli olub. Çox milyardlıq sövdələşmələrlə əlamətdar olan yüksək səviyyəli danışıqların yekunlaşmasından az sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev “Mərkəzi Asiya Bloku”nun yaradılmasını təklif edib. Plan e-ticarət və rəqəmsal platformaların birgə inkişafı, enerji və nəqliyyat sektorlarında layihələri əlaqələndirəcək İnfrastrukturun İnkişafı Şurasının yaradılmasıdır. Yeni Blokun iştirakçıları Azərbaycanın tamhüquqlu üzv kimi iclas formatına qoşulmasını yekdilliklə dəstəkləyiblər. Region liderləri də məsləhətçi görüşlərin regional əməkdaşlıq üçün strateji platformaya çevrilməsi təşəbbüsünü dəstəkləyiblər.

Ş.Mirziyoyevin sözlərinə görə, bu transformasiya regionda təhlükəsizlik və davamlı inkişaf məsələləri üzrə vahid həll yollarının işlənib hazırlanmasına imkan verəcək. Kreml və Rusiyanın Xarici İşlər Nazirliyi hələ ki, cavab verməyib, lakin Moskvanın bəlağətli susqunluğu belə bir hiss yaradır ki, postsovet məkanında bu birliyin yaranması əslində Rusiyanın maraqlarına uyğun gəlmir. Eyni zamanda sual yaranır: KTMT və Aİİ-nin nə mənası var? Rusiyadan gələn miqrantlar üçün güzəştlər və vətəndaşlıq almaq, eyni zamanda ABŞ və NATO ilə dostluq əlaqələri saxlamaq? Və bu yeni blokda daha vacib nədir - iqtisadiyyat, yoxsa siyasət?

Bu birliyin yaratmaq təşəbbüsü Tramp Administrasiyası ilə inanılmaz müqavilələr imzalayan Özbəkistandan gəlib. ABŞ prezidentinin sözlərinə görə, onun ölkəsi üç il ərzində Özbəkistan iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacaq. Təsadüfi deyil ki, Mərkəzi Asiya Respublikaları Bloku üzvləri də Azərbaycanın bu birliyə qoşulması üçün lobbiçilik edirdilər. Bu, Rusiya ilə İran arasında bir növ dəhliz rolunu oynayır. Məhz Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri Xəzər dənizi vasitəsilə mal idxal və ixrac edə, eyni zamanda Azərbaycanın enerji ehtiyatlarını ala biləcəklər.

Aydındır ki, bu addımdan sonar diqqətlər Azərbaycana yönələcək. Yeni təşkilatın yaradılması ideyası, görünür, Vaşinqtonda keçirilən görüş zamanı yaranıb. Moskvada hesab edirlər ki, bütün bu planlar Trampa aiddir. Əvvəllər Rusiya özünü postsovet respublikalarının “ağırlıq mərkəzi” kimi təqdim edirdisə, bu gün statuslar dəyişib, indi bu mərkəz dağılıb və onun yerini ABŞ tutmağa çalışır. Qismən, Mərkəzi Asiya ölkələrinin münasibəti başa düşüləndir: onlar müharibə şəraitində olan, xüsusən də sanksiyalar altında olan ölkə ilə ticarət-iqtisadi əlaqələr qurmaqda maraqlı deyillər. Vəziyyətlərin birləşməsi Rusiyanın geosiyasi və strateji maraqlarına zərbə vuran dəyişkən siyasi iqlimə gətirib çıxarıb.

Moskva həmçinin, postsovet respublikalarının “Mərkəzi Asiya Dövlətləri Bloku”nda birləşməsini geosiyasətdə islam amilinin güclənməsi kimi təqdim etməyə çalışır. Yeni Blokda digər ölkələrlə əlaqələri idarə edəcək moderator kimi əsas rol Azərbaycana məxsusdur. Məsələ burasındadır ki, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələr hər keçən gün artmaqda, genişlənməkdədir. Və bu sadəcə din faktoru ilə bağlı deyil, ortaq maraqlar, ortaq dəyərlər ölkələri birləşdirən, bir araya gətirən əsas və dəyişməz nüanslardır. Azərbaycan bu təşkilatda bir növ mərkəzçi rolunu davam etdirəcək. Mərkəzi Asiya respublikalarının da Azərbaycan vasitəsilə İran bazarına çıxış əldə edəcəkləri istismna deyil.

Rusiya bu məsələdə çarəsiz kimi görünür. Mərkəzi Asiya məkanına nəzarəti saxlamaq cəhdi artıq mənasızdır. Rusiya qonşularını özünə zorla bağlamağa çalışır, əksər hallarda zora üstünlük verir ki, bu da əks reaksiyalara səbəb olur. Miqrantlar əvvəlki kimi Rusiyaya getmək istəmirlər. Düzdür, onların yeni, eyni dərəcədə cəlbedici əmək bazarları var – Türkiyə, BƏƏ və Özbəkistan hətta Britaniya ilə işçi qüvvəsi tədarükü müqaviləsi imzalayıb.

Radikallığa gəlincə... Rusiya miqrantlara qarşı radikallaşır. Məhz güc strukturları burada əsas rola malikdirlər. Bütövlükdə, statistika göstərir ki, Rusiya miqrantlar üçün getdikcə daha az cəlbedici olur, əcnəbilər üçün daha sərt qaydalar, sanksiyalar, daha sonra isə ölkə müharibə vəziyyətindədir...

VƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see242

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see241

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see226

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see215

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see213

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see212

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see205

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see192

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see186

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see185

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see183

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see183

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see183

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see179

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see178

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see174

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see168

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see166

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri