Mərkəzi Bank: Bu il nağdsız ödənişlərdə böyük irəliləyiş əldə olunub AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 dekabr, AZƏRTAC
Bu il nağdsız ödənişlər sahəsində böyük irəliləyiş əldə olunub, kartlarla aparılmış nağdsız ödənişlərdə 66 faiz artım olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib.
“14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş operatoru Mərkəzi Bank tərəfindən lisenziya əldə edib. Bu proses təşkilatların nəzarət subyekti olaraq daha dayanıqlı olmasını və vətəndaşların, ümumiyyətlə maliyyə sektorunun qorunmasını hədəfləyir. Açıq bankçılıq və açıq maliyyə təşəbbüsü inkluziv və şəffaf və effektiv bir maliyyə sisteminin yaradılmasını nəzərdə tutur. Bu yanaşma banklar, fintexlər üçün yeni imkanlar yaradır. Banklar üçün bu, yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübələri verir”, - deyə baş direktor əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















