Mərkəzi Bank dövlət dilinin normalarını pozub Fotofakt
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi bülletenlərdə Azərbaycan dövlət dilinin normaları pozulur.
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bankın açıqladığı bülletenlərin birində ölkə adları “Belarusiya”, “Moldoviya” və “Hollandiya” kimi yazılıb.
Məlumat üçün bildirək ki, 30 sentyabr 2002-ci il tarixində ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsində göstərilir ki, dövlət idarələrində kargüzarlıq işləri dövlət dilində aparılır.
Qeyd edək ki, Qanunun 1.5-ci maddəsinə əsasən dövlət dilinin tətbiqinin normaları Nazirlər Kabinetin qərarı ilə müəyyən edilir. Nazirlər Kabinetinin bununla bağlı sonuncu qərarı 16 aprel 2019-cu il tarixində qəbul edilib və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilib. Bu qərara əsasən hazırlanan “Azərbaycan dilinin orfoqrafiya normaları”nda Mərkəzi Bankın rəsmi bülletenlərdə istifadə etdiyi “Belarusiya”, “Moldoviya” və “Hollandiya” kimi adlar mövcud deyil.
Onu da bildirək ki, Mərkəzi Bankın “Belarusiya”, “Moldoviya” və “Hollandiya” olaraq “tanıdığı” ölkələr Azərbaycan dövlət dilində Belarus, Moldova və Niderland olaraq qəbul edilib.

Elnur Əli

Mərkəzi Bankın hazırladığı “Dinamik xəritə”də rayonların biri yoxdur Fotofakt
19 May 2025 14:34
Saatlı Rayon Mərkəzi Xəstəxanasının dövlətə vergi borcu üzə çıxdı/ FOTOFAKT
30 Yanvar 2025 22:09
“Yelo Bank”da müştərinin çənəsini sındıran müdir tapıldı FOTOFAKT
19 Mart 2025 11:51
Mərkəzi Bank hərəkətə keçdi
10 Aprel 2025 12:41
Mərkəzi Bank onları cərimələdi
16 Noyabr 2024 11:56

