Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Cari ilin iyun ayında Mərkəzi Bank tərəfindən valyuta bazarında 394 mln. ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparılıb.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilib ki, tədiyə balansının cari əməliyyat balansında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi meyili davam edir. Bu proses həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunur.
Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları həcmində olmuşdur. Nəticədə, valyuta bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb.
Qeyd edilib ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
"Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 İyul 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















