Mərkəzi Bankda “Makro iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında (AMB) “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın sədri, alt İşçi Qrupun rəhbəri Taleh Kazımov görüşdə çıxış edərək, makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə Tədbirlər Planının yekun versiyasının hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib. O, Tədbirlər Planının Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamı ilə müəyyən olunmuş müddət ərzində əhatəli və təkmil hazırlanmasında alt İşçi Qrup üzvləri arasında səmərəli əməkdaşlıq, qarşılıqlı koordinasiya və məsuliyyətli yanaşmanı xüsusi vurğulayıb.
Ümumilikdə, Taleh Kazımov beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin maliyyə sektorunun iqtisadi artımda rolunun genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Taleh Kazımov qeyd edib ki, 356s nömrəli Sərəncamın 6.5-ci bəndini rəhbər tutaraq “Makroiqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun Tədbirlər Planı layihəsi, eləcə də tədbirlərin icrası ilə bağlı maliyyə ehtiyaclarına (maliyyə tələbatı) dair təkliflər 1 noyabr tarixinədək İşçi Qrupun rəhbərinə - Komissiya sədrinin müavininə təqdim ediləcəkdir.
Görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri də alt İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək görülən işlərin effektiv koordinasiya şəraitində aparılmasını və keçirilmiş müzakirələrin və fikir mübadiləsinin faydalı olduğunu vurğuladılar. Onlar qəbul ediləcək Tədbirlər Planının ölkənin uzunmüddətli iqtisadi sabitliyinə və institusional inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.
Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupu Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli, 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 30 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















