Icma.az
close
up
RU
Mərkəzi Bankdan mühüm qərar Uçot dərəcəsi azaldılacaq?

Mərkəzi Bankdan mühüm qərar Uçot dərəcəsi azaldılacaq?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni iyulun 23-də növbəti dəfə uçot dərəcəsini açıqlayacaq. Mərkəzi Bank iyunun 11-də açıqladığı qərarda inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalmasının növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada biləcəyini vurğulamışdı. 

Analitiklər qeyd edirlər ki, bu, yumşalma istiqamətində açıq siqnaldır, lakin şərt kimi qeyri-müəyyənliyin azalmasını göstərilir. Bu isə uçot dərəcəsinin endiriləcəyinə tam zəmanət vermir. AMB bu iclasda uçot dərəcəsini dəyişməz saxlayacaq, lakin mətbuat konfransında daha açıq yumşalma siqnalları verilə bilər. Əgər avqust-sentyabr aylarında inflyasiyada azalma davam edərsə, oktyabrda ilk faiz endirimi baş tuta bilər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank belə kəskin amplitudalarda azalmaya getməyəcək: Dominos pizza

“Məncə Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin azaldılması ilə bağlı qərar verməyə çox yaxındır. Amma belə kəskin amplitudalarda azalmaya getməyəcək. Ən yüksək ehtimallı gözlənti uçot dərəcəsinin 0.25 faiz azaldılması ola bilər. İlin sonuna qədər ən azı 2 belə qərarın olması gözlənilir. Azərbaycan Mərkəzi Bankı daha çox ABŞ Federal Ehtiyat Sisteminin (FED) atdığı addımları diqqətlə izləyir. Federal Ehtiyat Sistemi də ilin sonuna qədər 0.25 faiz bəndi ilə faizləri 2 dəfə azalda bilər. Buna paralel olaraq, Azərbaycan Mərkəzi Bankının belə bir addım atması gözlənilir”. 

Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyul 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri