Icma.az
close
up
RU
Mərkəzi Bankı hərrac nəticələrini niyə açıqlamır?

Mərkəzi Bankı hərrac nəticələrini niyə açıqlamır?

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirdiyi valyuta hərraclarının nəticələrini artıq ictimaiyyətə açıqlamır. Mərkəzi Bankın sədri Taleh Kazımov bu dəyişikliklə bağlı bir müddət öncə bildirib ki, hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur. Mərkəzi Bankın hər ayın sonuna olan valyuta ehtiyatlarının səviyyəsinə dair məlumat Mərkəzi Bankın internet səhifəsində aylıq əsasda açıqlanır. Bu məlumatın ənənəvi qaydada kommunikasiyası davam etdiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Apa valyuta hərraclarının açıqlanmaması ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov mövzunu şərh edib:

"Mərkəzi Bank mart ayının əvvəlindən valyuta hərraclarının nəticələrinin açıqlanmasının dayandırılması ilə bağlı məsələyə rəsmi münasibət bildirib. Açıqlamada bildirilib ki, məzənnənin sabit qalması və hərraclarda tələbin tam qarşılanması səbəbindən hər bir hərracdan sonra məlumatların paylaşılmasına ehtiyac duyulmur. Qeyd edilməlidir ki, Mərkəzi Bank hər ayın sonunda internet səhifəsində valyuta ehtiyatlarının səviyyəsi ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməyə davam edir. Bu da nəticə etibarilə valyuta bazarı haqqında təsəvvür formalaşdırmağa imkan verir".

M.Cəfərov əlavə edib ki, mart ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11.026,5 milyon ABŞ dolları səviyyəsində açıqlanıb. Qeyd edək ki, bu rəqəm fevral ayı ilə müqayisədə 34,6 milyon ABŞ dolları daha çoxdur:

"2025-ci ilin ilk iki ayında Mərkəzi Bankın açıqladığı hərracların nəticələrinə nəzər yetirdikdə, yanvarın ilk iki həftəsində keçirilən dörd hərracın üçündə tələb təklifi üstələsə də, sonrakı on iki hərracda tələb təklifdən az oldu. Görünür ki, ilin ilk iki ayında olduğu kimi, mart ayında da valyuta hərraclarında tələb aşağı olub və nəticədə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb.

Uzunmüddətli perspektivdə də Mərkəzi Bankın valyuta ehtiyatlarında davamlı artım müşahidə olunur. Əgər 2016-cı ilin sonunda bu göstərici 4 milyard ABŞ dolları idisə, hazırda ehtiyatların həcmi 11 milyard ABŞ dollarını ötüb.

Həmçinin, Mərkəzi Bank bəyan edib ki, valyuta bazarına müdaxilə etdiyi hallarda bu barədə ictimaiyyəti məlumatlandıracaq. Məsələn, ötən il Mərkəzi Bank bəzi dövlət layihələrinin icrası üçün ilin sonunda öz ehtiyatlarından istifadə edərək planlı şəkildə valyuta satışlarını həyata keçirəcəyini bildirmişdi. Mərkəzi Bankın son illər verdiyi bəyanatlara sadiq qaldığını nəzərə alaraq düşünürəm ki, bundan sonra da öz ehtiyatlarından müdaxilə edəcəyi təqdirdə bu barədə qabaqcadan məlumat verəcək", - deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, Mərkəzi Bank valyuta hərraclarının keçirilməsi ənənəvi qaydada davam etsə də, məzənnənin sabit qalması və tələbin tam qarşılanması səbəbindən hərrac nəticələrinə dair məlumatların ictimaiyyətə açıqlanmasını aktual hesab etmir:

"Mərkəzi Bank tərəfindən həmçinin bildirilib ki, aylıq əsasda öz internet səhifəsində valyuta ehtiyatlarının səviyyəsi haqqında məlumat ictimaiyyətə təqdim olunur.

Düşünürəm ki, bu qərar davranış iqtisadiyyatı və onun tənzimlənməsi ilə bağlıdır. Belə ki, hər hansı bir hərracda valyutaya olan tələbin yüksəlməsi xəbəri ictimaiyyətə çatdırıldıqda, bu, əsaslı səbəb olmadan narahatlıq yarada və süni tələbin artmasına səbəb ola bilər.

Onsuz da, Mərkəzi Bank hər ay öz valyuta ehtiyatları haqqında məlumatı internet səhifəsində açıqlayır. Hərraclarda valyutaya tələb az olduğu şəraitdə Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan, lakin satılmamış valyutanı Mərkəzi Bank özü almalı olur. Bu isə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə nəticələnir. Son illərdə bu dinamika Mərkəzi Bankın ehtiyatlarında da özünü göstərir".

Xalid Kərimli onu da vurğulayıb ki, Mərkəzi Bank valyuta bazarındakı vəziyyəti ayrı-ayrı hərracların nəticələri ilə deyil, ümumi ehtiyatların dəyişməsi ilə qiymətləndirməyi daha məqsədəuyğun hesab edir. Buna görə də hər hərrac üzrə statistikanın ictimaiyyətə açıqlanmasına zərurət görmür.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Aprel 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri