® Mərkəzi Gömrük Hospitalında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Mərkəzi Gömrük Hospitalında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca pasiyentlər üçün maarifləndirici aksiya təşkil olunub. Aksiya çərçivəsində hospitalın rəisi-baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, pediatrlar və müxtəlif ixtisaslı həkimlər stasionar və ambulator müalicə alan uşaqlarla görüşüb, onların sağlamlığı ilə bağlı faydalı tibbi tövsiyə verib və hədiyyələr təqdim ediblər.
Həmçinin tədbir zamanı uşaqların mütəmadi tibbi müayinələrdən keçmələrinin vacibliyi bir daha önə çəkilib. Bildirilib ki, xəstəliklərin erkən diaqnostikası uşaqların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi ilə yanaşı, müxtəlif xəstəlik və patologiyaların aşkarlanaraq qarşısının alınmasında mühüm rol oynayır.
Aksiyanın əsas məqsədi valideynlərin və uşaqların diqqətini sağlamlıq mövzusuna yönəltmək, profilaktik tədbirlərin əhəmiyyətini vurğulamaq və uşaqlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdır.
Mərkəzi Gömrük Hospitalının kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam və xoşbəxt həyat arzulayır!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 May 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















