® Mərkəzi Gömrük Hospitalında “Pankreas şistik törəmələri, müalicə alqoritmləri” mövzusunda seminar keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Avqustun 8-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Pankreas şistik törəmələri: müalicə alqoritmi” mövzusunda seminar olub.
Seminarda Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Namiq Novruzov təqdimatla çıxış edərək iştirakçılara Pankreas şistik törəmələrinin müxtəlif növləri, diaqnostikası və müalicəsində müasir yanaşmalar, əməliyyat və konservativ müalicə üsulları, eləcə də xəstələrin izlənməsi və postoperativ dövrdə yaranan mümkün fəsadların qarşısının alınması barədə ətraflı məlumat verib.
Seminarın yekununda rezident-həkimlərin çoxsaylı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və gələcək tədqiqatlar üçün əməkdaşlıq imkanları müzakirə olunub.
Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 08 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















