Mərkəzi Gömrük Hospitalında yenidoğulmuşların sağlam inkişafı üçün müasir və kompleks müayinə proqramı
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Mərkəzi Gömrük Hospitalında sağlam yenidoğulmuşlar üçün nəzərdə tutulmuş müayinə paketinə daxil edilən tibbi yoxlamalar körpələrin həyatının ilk günlərindən etibarən sağlam inkişafının təmin olunmasına xidmət edir. Proqram çərçivəsində pediatr, kardioloq, nevropatoloq və oftalmoloq müayinələri aparılır, baş beynin ultrasəs müayinəsi, ürəyin exokardioqrafiyası icra olunur, həmçinin qanın ümumi analizi, qan qrupu və rezus faktorunun, eləcə də total bilirubinin səviyyəsi müəyyən edilir.
Müayinə paketinin əsas və mühüm mərhələlərindən biri olan yenidoğulmuşlarda ürəyin exokardioqrafiyası Mərkəzi Gömrük Hospitalının kardioloqu Nəsimi Cabbarov tərəfindən həyata keçirilir. Exokardioqrafiya vasitəsilə yenidoğulmuşun ürək quruluşu və funksional vəziyyəti ətraflı şəkildə qiymətləndirilir, ürək boşluqlarının ölçüləri, qapaqların fəaliyyəti, eləcə də qan axınının istiqaməti və sürəti dəqiq müəyyən olunur.
Bu müasir diaqnostik üsul doğuşdan mövcud ola biləcək gizli ürək qüsurlarının erkən mərhələdə aşkarlanmasına imkan yaradır, gələcəkdə baş verə biləcək ağırlaşmaların vaxtında qarşısının alınmasında mühüm rol oynayır. Qeyd edilməlidir ki, exokardioqrafiya tam təhlükəsiz, ağrısız və şüalanmasız bir müayinə üsulu olmaqla, yenidoğulmuşlar üçün ideal diaqnostik vasitə hesab olunur.
Mərkəzi Gömrük Hospitalında tətbiq edilən bu kompleks və multidissiplinar yanaşma yenidoğulmuşların sağlam həyata təhlükəsiz və etibarlı başlanğıc etməsinə, valideynlərin isə körpələrinin sağlamlıq vəziyyəti barədə dolğun və dəqiq məlumat əldə etməsinə geniş imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Yanvar 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















