Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi Kişi 8 gün sonra öldü
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Siyəzən rayon sakini Zeynalov Mabəddin Qabil oğlu atasının Mərkəzi Klinikada icra edilən əməliyyatdan bir neçə gün sonra vəfat etdiyini bildirib.
"Unikal"a müraciət edən M.Zeynalov qeyd edib ki, atası Zeynalov Qabil Mabəddin oğlu ürəyin işemik xəstəliyindən əziyyət çəkib:
"18 aprel 2025‐ci il tarixdə atamın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu. Təcili yardımın köməyi ilə atam Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edildi. Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulmasını aşkar edib. Ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirib.
Firdovsi İbrahimov bildirdi ki, əməliyyatdan 1 həftə sonra, yəni 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməlidir.
Həmin tarixdə atamı Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün apardıq. Lakin, Firdovsi İbrahimov öz xəstəsinə yardım göstərməkdən imtina etdi. Ertəsi gün isə atam dünyasını dəyişdi", - deyə şikayətçi qeyd edib.
Murad İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 16 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















