Arif Babayevin vəziyyətində müsbət dinamika yoxdur Mərkəzi Klinikanın Baş həkimi
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
"Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
525.az-ın xəbərinə görə, bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.
O bildirib ki, xəstənin öz tənəffüsü mövcüd olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur:
"Eyni zamanda böyrək funksiyaları başda olamaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hər tərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















