Icma.az
close
up
RU
Mərkəzi Seçki Komissiyasının iclası

Mərkəzi Seçki Komissiyasının iclası

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dekabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın dekabrın 2-də keçirilən iclasının protokolu təsdiq edilib. Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair məsələyə baxılıb. Komissiya seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, seçicilər üçün maksimum əlverişli şəraitin təmin edilməsinin zəruriliyini, habelə yerli və digər şəraiti də nəzərə almaqla, 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkilinə qərar verib.

İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see369

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see314

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see312

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see308

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see298

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see290

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see283

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see262

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see238

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see233

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see229

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see228

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see227

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see211

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see211

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see207

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see199

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see199

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri