Icma.az
close
up
RU
Merts Avropanın ABŞ dan asılılığını azaltmağa söz verir və NATO nun gələcəyinə şübhə edir

Merts Avropanın ABŞ dan asılılığını azaltmağa söz verir və NATO nun gələcəyinə şübhə edir

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyada parlament seçkilərində qalib gələn Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (XDİ/XSİ) blokunun lideri Fridrix Merts Avropanın ABŞ-dan asılılığını azaltmasının vacibliyini bəyan edib və NATO alyansının gələcəyi ilə bağlı şübhələrini ifadə edib.

Qaynarinfo Politico-ya istinadla xəbər verir ki, Merts bu fikirləri bazar günü axşam Almaniya televiziyasının efirində səsləndirib.

Merts bildirib ki, Donald Trampın administrasiyası Avropa ilə maraqlanmır və Rusiya ilə yaxınlaşır. O, Avropanın müdafiəsinin təcili gücləndirilməli olduğunu vurğulayıb.

"Mənim mütləq prioritetim Avropanı mümkün qədər tez gücləndirmək olacaq ki, biz addım-addım həqiqətən ABŞ-dan müstəqilliyə nail olaq", – Almaniyanın gələcək kansleri bildirib.

"Ola bilsin, mən heç vaxt televiziyada belə bir şey deməli olacağımı düşünməzdim. Lakin Donald Trampın ötən həftə verdiyi bəyanatlardan sonra aydın oldu ki, amerikalılar, heç olmasa onların bu hissəsi, yəni hazırkı administrasiya, Avropanın taleyinə böyük ölçüdə laqeyddir", – deyə o əlavə edib.

NATO-nun qəti tərəfdarı olan Merts Avropanın alyansa alternativ olaraq yeni müdafiə strukturu hazırlamalı olacağını istisna etməyib.

"Mənə çox maraqlıdır ki, biz iyunun sonunda keçiriləcək NATO sammitinə doğru necə irəliləyəcəyik. NATO-nun hazırkı formasında qalacağından danışacağıq, yoxsa daha sürətlə müstəqil Avropa müdafiə qabiliyyəti yaratmalı olacağıq", – deyə Merts bildirib.

O qeyd edib ki, ABŞ Konqresi və Ağ Evin Ukraynanı sülh danışıqlarından kənar qoymayacağına dair müəyyən qədər ümidləri var, baxmayaraq ki, onun sözləri nikbin səslənməyib.

"Mən əmin deyiləm ki, yaxın həftə və aylarda Amerika hökumətinin bu müharibəyə münasibəti necə olacaq. Son günlər məndə belə bir təəssürat yaranıb ki, Rusiya və Amerika burada Ukraynanın, dolayısıyla da Avropanın başı üzərində anlaşırlar", – deyə o vurğulayıb.

Mühafizəkar Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı bloku 23 fevral seçkilərində seçicilərdən ən çox səs toplayır və gözlənildiyi kimi, Merts Almaniyanın növbəti kansleri olacaq.

Ultrasağçı "Almaniya üçün Alternativ" partiyası isə keçmiş Şərqi Almaniya ərazilərində inamlı qələbə qazanıb.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri