Merts Kiyevdə haralara baş çəkib? Səfərin detalları FOTOLENT
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya kansleri Fridrix Merts Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə bir neçə yerə baş çəkib.
APA “Reuters”ə istinadən xəbər verir ki, Merts əvvəlcə Kiyevin Müstəqillik Meydanında həlak olan ukraynalı hərbçilərin xatirəsinə yaradılmış müvəqqəti memorialı ziyarət edib. Merts və Zelenski burada həlak olanların xatirəsini yad ediblər.
Daha sonra onlar Rusiya dronlarının son hücumları zamanı zərər görmüş Ukrayna Milli Elmlər Akademiyasının inzibati binasına baş çəkiblər. Merts dağıntılara yerində baxıb.
Qeyd edək ki, Almaniya kansleri səhər saatlarında qatarla Kiyevə gəlib. Onu vağzalda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb. Mertsi Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe, eləcə də Almaniya şirkətlərinin nümayəndələri müşayiət ediblər.
Səfər Rusiyanın Kiyevə hücumlarını intensivləşdirdiyi vaxta təsadüf edib. Mertsin şəhərə gəlişindən sonra Kiyevdə bir neçə dəfə hava həyəcanı elan olunub və partlayış səsləri eşidilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 Oktyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















