Icma.az
close
up
RU
“Merts tarix kitablarına həkim kimi də düşə bilər, məzarqazan kimi də”

“Merts tarix kitablarına həkim kimi də düşə bilər, məzarqazan kimi də”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Almaniya BMT Təhlükəsizlik Şurasında yer uğrunda yarışda məğlub olduqdan sonra bir şey aydın oldu: ölkə reanimasiyadadır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euronews”un baş redaktoru Klaus Ştrunsun məqaləsində deyilir.

“Angela Merkelin enerji, iqtisadiyyat və miqrasiya siyasətində böyük siyasi səhvlərlə yadda qalan 16 illik hakimiyyətindən sonra Olaf Şoltsun funksional olmayan koalisiyası altında fəlakətli üç il yaşandı, indi isə Fridrix Mertsin hökuməti tarixi eniş nöqtəsinə doğru sürüklənməkdədir. 

Almanlar beynəlxalq ictimaiyyətin Portuqaliya və Avstriya kimi xeyli kiçik ölkələrə Avropanın aparıcı gücü hesab olunan Almaniyaya nisbətən daha çox etibar etməsi faktına hələ də hansısa izah tapa bilərlər. Məsələn, Portuqaliyanın dünyada dostları daha çoxdur, bu ölkə Afrikada daha çox nüfuza malikdir və nəhayət, BMT-nin baş katibi portuqaliyalıdır. Lakin qonşu Avstriyanın səsvermədə xeyli dərəcədə daha çox səs alması həm alçaldıcıdır, həm də düşündürücüdür.

Almaniya artıq etibarını və nüfuzunu itirib. Siyasi baxımdan bu ölkə ciddiyə alınmır. İqtisadi baxımdan isə getdikcə daha çox tənəzzülə uğrayan güc kimi qəbul edilir. Bu ölkə artıq daha çox keçmiş nailiyyətlərinə görə təriflənir, çünki “Made in Germany” brendi getdikcə daha çox yüksək xərclər və səmərəsizliklə əlaqələndirilir. Almaniya artıq mövcud olmayan bir dünyanın qocalar evinə və muzeyə çevrilib. Halbuki o, Avropanın gələcəyini müəyyən edən hərəkətverici qüvvə olmalıdır.

Əgər Almaniya ayağa qalxa bilməzsə, Avropa İttifaqı (Aİ) təhlükə ilə üzləşəcək

Bu ədalətlidirmi?

Qürurlu bir alman və avropalı kimi bu suala “Bəli, ədalətlidir” cavabını vermək mənim üçün çox ağırdır. Məsələnin daha pis tərəfi isə, Almaniyanın bunu özünün öz başına gətirməsidir. 

Uzun müddət siyasət, ya gələcək iqtisadi rifaha düşmən, ya da sadəcə əhəmiyyətsiz olan ideoloji layihələr tərəfindən idarə olunub. Mühafizəkarların bir çox hallarda sol liberala çevrilməsi onları siyasi baxımdan lüzumsuz qüvvə halına gətirdi.

Avropada onsuz da solçu partiyalar kifayət qədərdir. Nəticədə, bir vaxtlar siyasi arenada mövcud olan praqmatizm və ambisiyalar, mühafizəkarlıq və islahatlar kimi keyfiyyətlər arasındakı həyati əhəmiyyətli tarazlıq itirilmiş oldu.

Bu gün məsələ növbəti parlament səsverməsindən, siyasətçilərin maaş artımından, daxili yanma mühərriklərinin qadağasından və ya gender kimliyi ilə bağlı müzakirələrdən xeyli kənara çıxır. İndiki məqamda Almaniyanın gələcəyi Avropanın gələcəyi ilə sıx əlaqəlidir. 

Əgər Almaniya ayağa qalxa bilməzsə, Avropa İttifaqının özü təhlükədə olacaq. Brüsseldə yarıciddi-yarızarafat şəklində “Aİ Almaniya pul ödədiyi müddətcə mövcud olacaq” ifadəsinin səsləndirilməsi heç də səbəbsiz deyil:

Buna görə də həlledici dönüş zamanı gəlib.

Dəyərlər yalnız gücə arxalandıqda təsir etmək imkanına malik olur

Artan rəqabət dünyasında iqtisadi güc, texnoloji suverenlik və siyasi effektivlik böyük əhəmiyyət kəsb edir. Dəyərlər də öz əhəmiyyətini itirməyib, lakin onlar yalnız gücə arxalandıqda təsir etmək imkanına malik olur. Bu dönüşün təkanverici qüvvəsi sadədir: ideologiya əvəzinə praqmatizm.

Buna isə Qərbi Avropa üçün vərdişə çevrilmiş çıxışlar və ya mənəvi çağırışlarla nail olmaq mümkün deyil. Liderlik iqtisadi gücdən, siyasi etibarlılıqdan və problemləri həll etmək bacarığından yaranır.

Yenilənmə üçün dörd sahə xüsusilə vacibdir.

Birincisi, Almaniya iqtisadi rəqabət qabiliyyətini bərpa etməlidir. Yüksək enerji xərcləri, ifrat bürokratiya, rəqəmsallaşmanın zəif getməsi və investisiya azlığı Avropanın ən böyük iqtisadiyyatını zəiflədib.

Güclü Avropanın güclü Almaniyaya ehtiyacı var.

Sülh və sabitlik artıq təbii nemət kimi qəbul edilə bilməz

İkincisi, Almaniya özünün müdafiə qabiliyyətini bərpa etməli və Avropanın təhlükəsizliyi üçün üzərinə daha böyük məsuliyyət götürməlidir. Geosiyasi reallıqlar dəyişib. Sülh və sabitlik artıq təbii nemət kimi qəbul edilə bilməz. Avropa etibarlı çəkindirmə qabiliyyətinə və strateji potensiala ehtiyac duyur.

Qarşıya Almaniya Silahlı Qüvvələrinin 2039-cu ilə qədər “Avropanın ən güclü nizami ordusu” olması hədəfi qoyulub. Bunun üçün nasist Almaniyasının Polşaya hücumunun 100-cü ildönümünün seçilməsinin nə dərəcədə ağıllı addım olması bir başqa müzakirənin mövzusudur. Lakin bu, ən azından bir plana bənzəyir.

Miqrasiya idarəetməsi daha effektiv olmalıdır

Üçüncüsü, Almaniya miqrasiyanı daha effektiv idarə etməlidir. Humanizm və nizam-intizam bir-birinə zidd anlayışlar deyil. Sərhədlərini qoruya bilməyən, qeyri-qanuni miqrantları nadir hallarda deportasiya edən və qeyri-qanuni immiqrasiya üzərində nəzarəti itirən ölkə ciddiyə alınmayacaq. Təhlükəsiz sərhədlər, işlək sığınacaq sistemləri və uğurlu inteqrasiya sosial birlik və demokratik hüquqi dövlətə inam üçün ilkin şərtlərdir.

Dördüncüsü, Almaniya yenidən innovasiya mərkəzinə çevrilməlidir. Süni intellekt, rəqəmsal infrastruktur, qabaqcıl istehsal, elmi tədqiqat və yeni enerji texnologiyaları gələcək nəsillərin iqtisadi rifahını müəyyən edəcək.

Avropa ABŞ və Çindən geridə qalmağa davam edə bilməz. Bir vaxtlar təhsil və ixtiralar sahəsində üstün mövqeyə sahib olan, lakin artıq dünyasəviyyəli universiteti belə olmayan, beynəlxalq təhsil reytinqlərində geriləyən, çox az sayda böyük elmi mükafatlar qazanan, artıq qlobal standartlar müəyyən etməyən, elmi tədqiqatları tənzimləmə yükü altında əzən, süni intellekti üçün sərt çərçivələr qoyan, nüvə tədqiqatları həyata keçirməyən, daxili yanma mühərriki innovasiyasından üz döndərən və genetika sahəsindəki nailiyyətləri rədd edən bir millət dünyanın ən innovativ ölkələri ilə rəqabət apara bilməz. 

Avropanın güclü, etibarlı bir Almaniyaya ehtiyacı var

Daha aydın olması üçün qeyd edim ki, bu, Almaniyanın dominantlığının lehinə olan bir arqument deyil.

Avropa etibarlı, güclü və fəaliyyət qabiliyyətinə malik Almaniyaya ehtiyac duyur. Sülh və iqtisadi inkişafın təminatında rolu olan Almaniyaya. Almaniya yenilənməyə gedərsə, yenidən Avropanın hərəkətverici qüvvəsinə çevrilə bilər. Əgər bu baş verməzsə, bütövlükdə qitə üçün iqtisadi inkişafı, təhlükəsizliyi və nüfuzu qorumaq çox çətin olacaq.

Bir yaxşı xəbər də var ki heç vaxt gec deyil, sadəcə ilk addımı atmaq lazımdır.

1648-ci ildə Vestfaliya Sülhünün imzalanması ilə Almaniya da daxil olmaqla, Mərkəzi Avropanın bir çox bölgələrini viran qoyan, əhalini məhv edən otuzillik müharibəyə son qoyuldu. Sülh konqresi çərçivəsində imzalanan bu müqavilə həm müharibəni bitirdi, həm də müasir Avropa diplomatiyasının başlanğıc nöqtəsi oldu.

1945-ci ildə Almaniya və Avropa xarabalıqlar içində idi. Ardınca yenidənqurma, barışıq və Avropada əməkdaşlığın qurulması dövrü gəldi. İqtisadi rifah və tərəqqi əldə olundu.

1990-cı ildə Soyuq müharibə başa çatdı. Almaniya birləşdi, Avropanı ikiyə bölən Dəmir Pərdə yox oldu və avropalıların əksəriyyəti üçün bu, yenidən demokratikləşmə, yenidənqurma və Avropanın daha da inkişaf etdirilməsi demək idi.

İndi də Almaniya və Avropa üçün yeni bir başlanğıc baş verməlidir. Sabah yox, məhz indi.

Reanimasiyadan iki çıxış yolu var: biri həyata aparır, digəri isə ölüm yatağına.

Kanslər Merts Almaniyanın və bütövlükdə Avropanın hansı istiqamətə hərəkət edəcəyinə həlledici təsir göstərəcək. O, tarix kitablarına xəstəni xilas edən həkim kimi düşə bilər, məzarqazan kimi də”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri