Icma.az
close
up
RU
Mertz müstəqil Almaniya yaratmaq istəyir Ekspert

Mertz müstəqil Almaniya yaratmaq istəyir Ekspert

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Yeni kansler ilk növbədə Almaniyanın daxili imkanlarını gücləndirməyə, hərbi-siyasi gücünü artırmağa, ABŞ və NATO-dan asılılığı azaldıb, ayrıca güc mərkəzi formalaşdırmağa çalışacaq".

Bunu  Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Almaniyada keçirilən seçkiləri şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, aAlmaniya seçkilərində gözlənildiyi kimi mühafizəkar Xristian-Demokratlar İttifaqı səslərin 28,6 faizini toplayaraq, qalib gəlib:

"Lakin bu ona hökuməti təkbaşına formalaşdırmağa imkan vermir. Almaniya üçün Alternativ Partiyası da müəyyənedici səs toplaya bilməyib. Ölkənin kansleri XDİ-nin lideri Fridrix Mertzi olacaq. O çalışacaq ki, Almaniyanı yedək dövlətlər statusundan çıxarsın. Mertz Almaniya və Avropanı ABŞ-dan asılı olmayan bir durumda görmək istəyir. Ona görə də o ilk növbədə ölkəsinin daxili gücünü artırmağa çalışacaq. Mertz də Tramp kimi iqtisadi rıçaqlardan istifadəni əsas alət hesab edir. Miqrantlarla bağlı baxışı da Trampın ideyasına oxşardır. Görünən odur ki, o daha xarizmatik və rassional düşüncələrə malikdir".


Ekspertin fikrincə, o öncə ölkəsinin daxili iqtisadi, siyasi, hərbi gücünü artırmaq barədə düşünəcək:

"Güman etmək olar ki, Mertzin potensialı Almaniya mərkəzli Avropa konfiqurasiyasının formalaşmasına imkan verəcək. O, hətta ölkəni Merkeldən fərqli bir Almaniya səviyyəsinə qaldıra bilər. O əvvəllər bildirib ki, Rusiya müharibədən qalib çıxmamalıdır. Ona görə də Ukraynaya dəstəyin tərəfdarıdır. Çünki bilir ki, Rusiya savaşda qalib gəlsə, ardınca Şərqi və Qərbi Avropa üçün də təhdidə çevriləcək. Mertz müstəqil Almaniya yaratmaq istəyir".

Həmsöhbətimiz hesab edir ki, Almaniyadakı seçkilər digər Avropa ölkələrinə də təsir edəcək:

"Avropanın ayılmaq, öz təhlükəsizliyi barədə düşünməsi vaxtıdır".

Qeyd edək ki, dünən Almaniyada Bundestaqa seçkilər keçirilib. Fridrix Mertzin Xristian Demoktarlar İttifaqı səslərin 28,6 faizini toplayaraq qalib gəlib. Lakin bu ona təkbaşına hökumət qurmağa bəs etmir. Neofaşist Alternativ Almaniya naminə partiyası səslərin 20 faizini əldə edib. Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb. Belə ki, Sosial Demokrat Paritiyası seçkidə son 135 ilin ən aşağı nəticəsini göstərərək cəmi 16 faiz səs qazana bilib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri