Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Məryəm Şıxəli zadə: “Günəşli qızın” rəqsi

Məryəm Şıxəli zadə: “Günəşli qızın” rəqsi

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 iyul, Anara Axundova, AZƏRTAC

AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaq və yeniyetmələr haqqında materiallar silsiləsini davam etdirir. Budəfəki qəhrəmanımız daun sindromlu heyrətamiz rəqqasə Məryəm Şıxəli-zadədir. O, erkən yaşlarında müstəqil rəqs etməyə başlayıb və inanılmaz nəticələr əldə edib.

Hazırda 19 yaşına çatmış istedadlı qız rəsm çəkməyi və fotoqrafiya sənətini sevir, gildən və digər materiallardan sənətkarlıq nümunələri düzəldir. Məryəmin üzvü olduğu “NUR Down Syndrom” Uşaqların İdmana və Cəmiyyətə İnteqrasiya İctimai Birliyi onun tez-tez təqdim etdiyi əl işlərini sərgilərdə nümayiş etdirir. O, həmçinin “YURDUM - Sosial ekokənd” layihəsinin dərslərində də iştirak edir. Anası Tutu xanım Əliyevanın sözlərinə görə, Məryəm uşaqlıqdan musiqiyə və rəqsə maraq göstərib.

O, söhbət əsnasında xatırlayır: “Qızım çox balaca idi, yenicə yeriməyə başlamışdı. Amma televizor və ya radioda eşitdiyi musiqiyə çox yaxşı reaksiya verirdi. Dərhal hərəkət etməyə başlayır, oynayır, hətta mahnı oxuyurdu”.

Tutu xanım danışır ki, həmin vaxt bu əyləncəyə o qədər də əhəmiyyət vermirdi: “Çalışırdım ki, ona daha çox əlifbanı öyrədim. Qızımı rəsm dərnəyinə, üzgüçülüyə və idman məşğələlərinə aparırdım. Amma o, daim rəqs edirdi. Özü musiqini açır və rəqs etməyə başlayırdı”.

Sonralar Məryəm daun sindromlu uşaqlar üçün reabilitasiya mərkəzində təhsil almağa başlayıb, burada rəqs dərsləri də olub. Rəqslə məşğul olan uşaqlar tədbirlərə dəvət olunur, onların geyimləri tikilirdi. Sonra anası Məryəmin bu sahədə yaxşı olduğunu gördü. Həm də ən əsası, rəqs etmək onun digər fəaliyyətlərdən daha çox xoşuna gəlirdi.

Fəaliyyəti sayəsində Məryəm xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqlar üçün müsabiqənin ilk mövsümünə dəvət olunub. Bir neçə mərhələdə keçirilən müsabiqədə istedadlı qız qalib gəlib.

Tutu xanım deyir: “Düzünü desəm, mən bunu gözləmirdim. Əlbəttə, onun uğuruna çox sevindik”.

Müsabiqədə qalib gəldikdən sonra istedadlı rəqqasəyə solo-konsert təşkil etmək təklif olunub.

Tutu xanım əlavə edir: “Məryəmin necə reaksiya verəcəyini bilmirdim... Konsert böyük yükdür. Hətta bu təklifdən imtina etməyi də düşündüm, amma təşkilatçılar məni razı saldılar və mən də razılaşdım”.

Məryəmin estrada ulduzları ilə solo konserti böyük uğurla keçdi.

Qızın anası deyir: “Bütün bu vaxt ərzində səhnə arxasında idim. O, səhnəni tərk edəndə, paltarını növbəti nömrəyə dəyişmək üçün qızımın yanına gedirdim. Onun bu işin öhdəsindən necə gəldiyinə təəccübləndim. Hər şeyi düzgün etdi, bir hərəkətini də unutmadı. Yorulacağı məni narahat edirdi, amma sona qədər özünü saxladı. Çox ciddi konsert idi. Azərbaycanda heç vaxt belə konsert olmayıb, dünyada daun sindromlu uşağın solo konserti haqqında eşitməmişəm”.

Solo konsertdəki uğurundan sonra Məryəmi tez-tez çıxışlara və ya çəkilişlərə dəvət alırdı.

“KANAL S”də tez-tez dəvət olunduğumuz verilişdə aparıcı Rəvan Zeynalov onu “primadonnamız” və ya “xalq artistimiz” kimi təqdim edir. Bunu eşidəndə, sanki çiçək açır! Sevinclə, şən gəzir. Daun sindromlulara “günəşli” deyirlər, Məryəm isə doğrudan da çox günəşli. ağıllı və istedadlıdır”, -deyə Tutu xanım qeyd edir.

Həmsöhbətimizin sözlərinə görə, rəqs dərsləri Məryəmə faydalı təsir göstərir, qız özünə daha inamlı olub və rahatlaşıb, insanlarla ünsiyyət qurmaq onun üçün asanlaşıb: “Xüsusi uşaqların inkişafı lazımdır. Çünki bir çox valideynlər belə uşaqları evdə saxlayır, heç yerə aparmırlar”.

Azərbaycanda inklüzivliyin vəziyyətindən danışan Tutu xanım son illər ölkədə baş verən irəliləyişləri qeyd edir: “Hazırda xüsusi uşaqlar üçün çoxlu tədbirlər keçirilir. Mehriban xanım Əliyeva da, Leyla xanım Əliyeva da bu məsələ ilə məşğuldurlar. Bu uşaqlar, belə demək mümkünsə, onların himayəsi altındadır. Bunun sayəsində indi çoxları başa düşür ki, belə uşaqlara diqqət göstərmək lazımdır”.

Tutu xanım qeyd edir ki, vəziyyətin yaxşılaşmasına baxmayaraq, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar heç də həmişə qəbul olunmur: “Bəzən belə uşaqlardan çəkinirlər, hətta qorxurlar. Düşünmürəm ki, bu, o qədər də tez keçib gedəcək. Buna vaxt lazımdır və bu mövzu daim işıqlandırılmalıdır. Təbii ki, ölkədə inklüziv məktəblərin çoxalması yaxşı olardı. Onsuz da onlar mövcud deyil, amma belə bir vəziyyət hər bir uşaq üçün kifayət qədər çətindir”.

Həmsöhbətim yaşadıqları rayon rəhbərliyinin göstərdiyi gözəl təşəbbüsdən də danışır: “Biz İçərişəhərdə yaşayırıq, rəhbərlik bayramlarda yemək göndərir, bu, onların böyük dəstəyidir”.

Xüsusi uşaqda istedadı necə üzə çıxarmaq və onu necə inkişaf etdirməklə bağlı məsləhət verməyi xahiş edəndə, Tutu xanım deyir ki, bu, heç də asan məsələ deyil.

O əlavə edir: Siz hər cür fəaliyyətləri sınamalı, müxtəlif kurslarda iştirak etməlisiniz, çünki uşağın nə ola biləcəyini, hansı istedada sahib olduğunu bilmirsiniz. Artıq dediyim kimi, onu rəqsdən başqa hər yerə aparmışam. Amma özü rəqslə maraqlanırdı. Onun rəqsə böyük həvəsi olduğunu görəndə, bu istiqaməti inkişaf etdirməyə başladım”.

Xüsusi uşaqların valideynləri üçün tövsiyələrə gəlincə, təhsilinə görə psixoloq olan Tutu xanım təkcə şəxsi təcrübəsini deyil, həm də peşəkar nöqteyi-nəzərini bölüşür: “Xüsusi uşağın dünyaya gəlməsi bir çox valideynlər tərəfindən travmatik hadisə, kədər kimi qəbul edilir. Keçilməli olan müəyyən mərhələlər var: inkar, “sövdələşmə”, qəzəb, depressiya və qəbul. Hər kəs bu mərhələlərdən keçəcək və keçməlidir. Başa düşməlisən ki, ondan keçmək və bu vəziyyəti qəbul etmək çətin olacaq, hətta bundan sonra da öz üzərində işləməlisən. Özünüzü hər cür fəaliyyətə cəlb etməli, bir növ diqqətinizi yayındırmaq üçün hobbi tapmalısınız”.

Tutu xanım praktik psixoloqdur, öz peşəsini qızına qulluq etməklə birləşdirərək fəaliyyətini davam etdirir.

O qeyd edir: “Xüsusi uşaqlı anaların çoxu övladına baxmaq üçün işlərini tərk edir. Çünki iş və bu qayğını birləşdirmək çox çətindir. İşdə qalmaq üçün uşağa kömək edən, yaxınlıqda sənə dayaq olan lazımdır. Belə köməyim var. Amma evə gələndə Məryəmə diqqət yetirirəm, gecə gec saatlara qədər onunla işləyirəm, həftəsonu da onun qayğısına qalıram. Amma onu da deməliyəm ki, mənə işləməmək olmaz, çünki mən onun yeganə valideyniyəm və ailəni dolandırmaq lazımdır. Bu vəziyyətdən çıxmaq üçün heç bir başqa yolum yoxdur. çünki xarakterim belədir. Həmişə hər şeyin yaxşı olacağına ümid edirəm. Bu, mənim övladımdır, mən özümü onsuz təsəvvür edə bilmirəm, belə bir fikir ağlıma da gəlmir. Bəlkə də, aldığım təhsil də köməyimə gəlir. Özümə hobbi tapırdım, nəyəsə həvəs göstərirdim, bir şeylər edir və bununla da fikrimi dağıdırdım. Amma görəndə ki, Məryəm uğur qazanır, bu, mənə daha çox güc verirdi”.

Gələcəklə bağlı planlarından danışan Tutu xanımın sözlərinə görə, təbii ki, o, Məryəmin səylərinin davam etməsini istəyir: “Prinsipcə, biz buna doğru gedirik. Rəqqasə və ya xoreoqraf olmasam da, evdə onunla daim məşq edirəm. Təbii ki, onun daha peşəkar rəqs etməsini istərdim. Onu səhnədə görməyi arzulayıram”.

Məryəm də söhbətimizdə iştirak edir. Rəqsdə ən çox nəyi bəyəndiyini soruşduqda, o, çıxış etdiyi gözəl geyimləri çox bəyəndiyini deyir. İstedadlı qız görüşə ona çox yaraşan gözəl libasda gəlib. Biz söhbət edərkən, daim gülümsəyir və həqiqətən də günəş kimi parlayır, istilik və mehribanlıq saçırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri