Icma.az
close
up
RU
Merz onu Almaniya prezidenti postuna namizəd göstərmək istəyir

Merz onu Almaniya prezidenti postuna namizəd göstərmək istəyir

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya kansleri Fridrix Merz 2027-ci ildə keçiriləcək seçkilərdə ölkə prezidentliyi postuna Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni irəli sürməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" alman hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Hazırkı dövlət başçısı Frank-Valter Ştaynmayerin səlahiyyət müddəti 2027-ci ilin martında başa çatır.

Jurnalistlərlə söhbətində Fridrix Merz bildirib ki, növbəti prezident seçkilərinin nəticəsində Almaniya tarixində ilk dəfə bu vəzifəni qadının tutması arzuolunandır. "Bu, yaxşı olardı", deyə kansler qeyd edib. O, mümkün namizədlərin adlarını açıqlamayıb.

Frank-Valter Ştaynmayer 2017-ci ildən Almaniya prezidenti vəzifəsini tutur və hazırda ikinci müddətini davam etdirir. Almaniya qanunvericiliyinə görə, o, növbəti seçkilərdə namizəd ola bilməz. Prezidentin səlahiyyətləri əsasən simvolik və təmsil xarakteri daşıyır: o, beynəlxalq müqavilələri imzalayır, ölkəni xaricdə təmsil edir, səfirləri akkreditə edir və parlamenti buraxmaq səlahiyyətinə malikdir. Hökumətin gündəlik fəaliyyətinə isə kansler cavabdehdir.

Ursula fon der Lyayen 1990-cı illərdə hazırda Fridrix Merzin rəhbərlik etdiyi Xristian-Demokratik İttifaqa qoşulub. Almaniyanın keçmiş kansleri Angela Merkelin hökumətində o, əvvəlcə ailə məsələləri üzrə nazir, daha sonra əmək və sosial işlər naziri olub. 2013-cü ilə qədər ölkənin ən populyar siyasətçilərindən birinə çevrilib və Almaniyada müdafiə nazirliyinə rəhbərlik edən ilk qadın kimi tarixə düşüb. 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və 2024-cü ildə ikinci müddətə yenidən seçilib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri