Meşə yanğınlarına görə kolleksiyasını satacaq Fotolar
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksikalı rejissor Gilermo del Toro onun filmlərindən olan əşyaları "Heritage" hərrac evində satışa çıxaracaq.
Axşam.az xəbər verir ki, hərrac sentyabrın 26-da baş tutacaq.
Rejissor onilliklər ərzində topladığı kolleksiyasının əhəmiyyətli hissəsini satacaq. Hərracda Gilermonun karyerasını və maraqlarını əhatə edən lotlar nümayiş olunacaq.
Del Toro bildirib ki, Los-Ancelesdə baş verən son meşə yanğınları onu şəxsi kolleksiyası ilə vidalaşmağa vadar edib.
"Mən inanıram ki, kolleksiya toplamaq, ona sahib olmaqdır. Onu qorumaq müqəddəs bir öhdəlikdir" deyə, rejissor qeyd edib.
Kolleksiya üç mərhələdə satışa çıxarılacaq. İlk hərrac sentyabr ayında, ikincisi 2026-cı ilin yazında, üçüncüsü isə həmin ilin sonunda keçiriləcək. "Heritage" hərrac evi sentyabrda Beverli-Hillzdə nümayişlər təşkil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 11 Sentyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















