Meşə yanğınlarına görə Serbiyanın 5 şəhərində fövqəladə vəziyyət elan olunub
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Serbiyada son günlər meşə yanğınlarından zərər çəkmiş 5 şəhərdə və 11 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya hökumətinin iclasında qərar qəbul olunub.
Məlumata görə, Serbiya ərazisinin bir hissəsinə böyük ziyan vuran yanğınlar uzunmüddətli quraqlıq və yağıntıların olmaması, həddindən artıq yüksək temperatur və güclü külək səbəbindən baş verib.
İclasda yanğınlar nəticəsində vətəndaşların mülkiyyətində olan yanmış binaların və digər obyektlərin yenidən qurulması üçün Dövlət Proqramı qəbul edilib. Bu məqsədlə büdcədən 350 milyon serb dinarı vəsait ayrılıb.
Serbiya Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç bildirib ki, səlahiyyətli qurumlar ölkə üzrə 628 yanğının söndürülməsində iştirak edib. Yanğınların söndürülməsində üç mindən çox insan, həmçinin bütün helikopterlər və 700-dən çox yanğınsöndürən maşın cəlb olunub.
Son məlumata görə, Serbiya ərazisindəki bütün yanğınlar ötən gecə nəzarət altına alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















