Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Məsələni siyasiləşdirmədən həll etmək vacibdir MÜSAHİBƏ

Məsələni siyasiləşdirmədən həll etmək vacibdir MÜSAHİBƏ

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının III komitəsinin iclasında bildirib ki, 1990-cı illərin əvvəllərində itkin düşən 4 mindən çox azərbaycanlıdan 71-nin uşaq olduğu və onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac var.  Onun sözlərinə görə, itkin düşmüş uşaqların taleyinin müəyyənləşdirilməsi münaqişədən sonrakı dövrdə Azərbaycanın qarşılaşdığı aktual humanitar məsələlərdən biridir.

Bakıvaxtı.az mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Orucla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Zahid bəy, əsir və itkin düşmüş şəxslərlə bağlı məsələdə dövlət siyasəti barədə nə deyə bilərsiniz?

- Əsir və itkin düşən şəxslərlə bağlı məsələ, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin 1990-cı illərdə Naxçıvan Ali Məclisinə başçılıq etdiyi dövrdən başlanıb. Həmin illərdə dövlət-hökumət orqanları bu məsələ ilə bağlı fəaliyyətləri lazımi səviyyədə həyata keçirə bilmədiyindən, bu missiya Ulu Öndərin üzərinə düşmüşdü. Minlərlə insan Naxçıvan Ali Məclisinin rəhbərinə müraciət edirdi ki, beynəlxalq təşkilatlar və bilavasitə Ermənistan nümayəndələri ilə əlaqə saxlanılsın, əsirlərin geri qaytarılması və ya qətlə yetirilənlərin cəsədlərinin alınması təmin edilsin. Sonrakı dövrdə də müvafiq komissiya uzun onilliklər ərzində bu işi davam etdirdi.  

- İkinci Qarabağ müharibəsindən sonra bu sahədə vəziyyət necə dəyişdi?

- İkinci Qarabağ müharibəsindən sonra bu siyasət tamamən yeni bir miqyas və səviyyəyə keçdi. Artıq ölkənin bütün coğrafiyasında, azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən axtarışlar aparmaq imkanı yarandı. Bu, həm də mənəvi baxımdan misli görünməmiş bir hadisədir. Unutmayaq ki, 4010 nəfərin taleyi haqqında məlumatsız olmaq təkcə onların ailələrini deyil, bütövlüklə Azərbaycan xalqını üzən bir statistikadır. Həm hərbçi, həm mülki şəxslərin, xüsusən də qadın və uşaqların itkin düşməsi həmin dövrün acı mənzərəsini göz önünə gətirir. Bu gün artıq kütləvi və fərdi məzarlıqlar üzə çıxarılır, eksqumasiya prosesləri keçirilir, şəxsiyyətlər müəyyənləşdirilərək nəşlər ailələrinə təhvil verilir.   

- Bir neçə gün öncə Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransı ilə bağlı nə deyə bilərsiniz? 

- Qeyd etdiyiniz dialoq platforması çərçivəsində beynəlxalq qurumların rəhbərləri, münaqişələrdən əziyyət çəkən ölkələrin — Bosniya və Herseqovina, Ukrayna, Yaxın Şərq və Küveyt təmsilçiləri iştirak ediblər. Onlar da öz ölkələrində itkinlərlə bağlı problemin neçə ağır olduğunu vurğulayıblar. Konfransda dünya şöhrətli fotoqraf Rza Diqqətinin 1990-cı illərdə, xüsusilə uşaqlarla bağlı çəkdiyi təsirli kadrlardan ibarət təqdimatını izlədik. Məsələn, 3 aylıq körpəsinə sığınaraq həyatını itirən ananın görüntüləri insanı son dərəcə sarsıdır.  

- İtkin düşmüş şəxslərin tapılması istiqamətində Ermənistan tərəfi ilə əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?

- BMT Baş Assambleyasının sessiyasında Ermənistanın Baş naziri bu məsələdə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bəyan etdi. Düşünürəm ki, artıq sözdən əməli addımlara keçmək lazımdır. Məsələni siyasiləşdirmədən sırf humanitar müstəvidə həll etmək vacibdir: Birgə qaynar xətlər yaradıla bilər. İrəvan-Bakı platforması və müştərək komissiyalar fəaliyyət göstərə bilər. Məzarlıqların yerini bilən şəxslər üçün anonim məlumat xətləri və beynəlxalq qurumların, hüquq-mühafizə orqanlarının iştirakı ilə mexanizmlər qurula bilər. Bu addımlar həm də tərəflər arasında ictimai etimadı artıraraq sülh prosesinə böyük töhfə verə bilər.   

- Birinci Qarabağ müharibəsində itkinimiz çox olduğu halda, 44 günlük müharibədən sonra bu sayın cəmi 6 nəfər olması nəyin göstəricisidir? 

- İkinci Qarabağ müharibəsindən sonra cəmi 6 şəxslə bağlı itkin düşmə məlumatı var. Əlbəttə, bir insanın belə taleyi bizim və ailəsi üçün əvəzsizdir. Lakin 6 rəqəmini Birinci Qarabağ müharibəsindəki 4010 nəfərlə müqayisə etdikdə görürük ki, dövlətin iradəsi və ordusu güclü olanda, savaşı qələbə ilə başa vuranda insanlarımız itkin düşmür. Yekun olaraq, BMT, BQXK və digər beynəlxalq təşkilatların dəstəyi ilə məlumat mübadiləsini gücləndirməli və bu ağır, üzücü səhifəni hər bir insanın taleyini müəyyənləşdirərək bağlamalıyıq. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri