Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

Moskva ilə körpülər yandırılır? ŞƏRH

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

Yol vergisi alınacaq AÇIQLAMA

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

Liverpul fransalı ulduzun izində

Səmimi Fərhad: Biz səhv etməmişik, film çəkmişik, məsələni şişirtdilər Müsahibə

Səmimi Fərhad: Biz səhv etməmişik, film çəkmişik, məsələni şişirtdilər Müsahibə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Pərvin İsmayılzadənin aktyor Səmimi Fərhadla müsahibəsini təqdim edir.

- Məlum, Azərbaycan film sənayesində maliyyə problemi var. Bu problem işin keyfiyyətinə necə təsir edir?

- Hər tərəfdən təsir göstərir. Tamaşaçılar bizim gördüklərimizin müəyyən qədərini görür. Maliyyəsi olmayan iş yaxşı alınmır, alınsa belə, müəyyən yerdən sonra artıq bütün bağlar qopur. Maliyyəsi olan işlərdən isə heç kim narazı deyil, heç kim qardaşlığa, yoldaşlığa görə gəlmir, hər kəs öz qonorarın danışıb gəlir.

- Qardaşlıq xatirinə rollarda çox oynamısınız. Səmərəsi olubmu?

- Bəli, çox oynamışam. Səmərəsi olan da var, olmayan da. Təbii ki, ən zəif iş belə aktyor üçün təcrübədir. Məsələn, rejissor var ki, demo versiyanı bizim iştirakımızla çəkib, iş təsdiq ediləndən sonra başqaları ilə işləyib. İndi yüz ölçürəm, bir biçirəm. Adamına baxıram, işin özünə, ədəbi materiala baxıram. Əgər o işin özümə, sənətimə uğur gətirəcəyinə, rəngarənglik gətirəcəyinə inanıramsa, o zaman təklifi qəbul edirəm.

- “Kefli İsgəndər” obrazını canlandırmaq arzunuz olub, bu barədə nə deyə bilərsiniz?

- Gənc yaşlarımda belə arzum olub, teatrda işlədiyim vaxtlar idi. İndi elə bir rol yoxdur ki, mən onu oynamağı arzulayım. Kefli İsgəndərə tam fərqli rakursdan baxırdım və deyirdim ki, onu belə oynayaram, elə oyanayaram. Kefli İsgəndər çox səliqəli, təhsilli, Fransanı görmüş biri idi. Amma həmin vaxtı icazə verilməzdi ki, o adam həm o sözləri desin, həm də o cəmiyyətdə yaşasın. Məsələn, Bəhlul Danəndə Harun ər-Rəşidin qardaşı olub. Ona divanə adı qoyublar və bu ad onu xilas edirmiş. Yəni, onun divanəliyi olmasa, qardaşı onun başına bəla gətirərdi.

- 20 yaşında “Kefli İsgəndər”ə haqq qazandıran Səmimi ilə indiki Səmimi arasında bir dəyişiklik varmı?

- Çox fərq var, amma Kefli İsgəndər ilə bağlı heç bir dəyişiklik yoxdur.

- Bir obrazı canlandırmazdan əvvəl onunla söhbət edirsinizmi, ona haqq qazandırırsınızmı?

- Haqq qazandırmasan, oynaya bilməzsən. Haqq qazandırmalısan ki, oynayasan. Heç bir pis adam özünə "mən pisəm" demir. Elədiyin hər bir şeyə daxilən haqq qazandırırsan. Bəzi adamlar var ki, onlar hər elədiyinə haqq qazandırır, bir növ, onlar öz vicdanını aldadır. Gənc aktyorlarda müşahidə etmişəm. Görürsən, mənfi obrazı canlandırır, ancaq onun pisliyini həzm edə bilmir. Elə bil öz şəxsiyyəti ilə obrazın arasında qalır. İstəyir, obrazın xarakterini təhrif etsin, amma bu da effektiv olmur. Məsələn, onların bəziləri özünü oynasa, çox yaxşı alınar.

- Əgər bir gün kamera, səhnə olmasa, nə edəcəyinizi düşünmüsünüz?

- Palaza bürünərəm, ellə sürünərəm. Mən çox yerdə işləmişəm. Sənətlə bağlı gizli işim yoxdur, şəxsi həyatımdakı gizliliyə üstünlük verirəm.

- Səmimiyyətiniz tamaşaçılar tərəfindən yaxşı qarşılanır, bu münasibət sizə problem yaradırmı?

- Çox problem yaradır. Düzdür, qlobal problem deyil, sadəcə, kimlərsə özünü daha yaxın hiss edir. Çıxış yolu münasibətə zamanında ad qoymaqdır.

- Sizə mənfi, yoxsa müsbət rollar daha yaxındır?

- Mənfi obrazlar elədir ki... onları canlandıranda potensialını daha yaxşı göstərə bilirsən. Ədəbi materialın əsas istiqaməti onsuz da müsbət rola yönlənir. Onu canlandırmaq daha rahatdır. Amma məncə, mənfi obrazın daxili aləmini göstərmək çətindir. Mən, əslində, bu barədə dəqiq bir fikir deyə bilmərəm. Amma bu sənət o qədər də çətin sənət deyil.
Bəzən aktyor düşünür ki, görən, necə görünürəm?... Narahat olur, kompleksə düşür. Beləcə, iş prosesini, məsuliyyətini unudur və başı özünə qarışır. Biri də var ki, adam kameranı hiss edir, kamera ilə, həmkarı ilə münasibəti düz qurur. Onsuz da biz hər şeyi bişirib, sonra oynayırıq.

- Sonuncu radarın cəriməsi ağır oldu?

- Deməzdim, ağır oldu. Biz fərqli prizmadan yanaşmışdıq. İğtişaş yaratdılar. Kompromisə gələnə qədər prosesləri izləyirdim, amma daxil olmurdum, müşahidə edirdim. Neytrallığımı qoruyurdum. Amma iş o həddə çatdı ki... artıq məni də narahat elədi ki, niyə belə düşünürlər?! Ağsaqqallar ilə rejissor dostumuz Elçin Ağazadənin, Seyfulla Azərin təşəbbüsü ilə görüşdük. Mirzə müəllim də orada idi, məsələni elə o qaldırmışdı. Bəzən bizim öz həmkarlarımız bizi top atəşinə tutur. Mən sağlam tənqidə bir söz demirəm. Amma bu məsələdə... elə bil ki, ürəklərində söz qalmışdı. Daha çox yerlipərəstlik məsələləri ortaya çıxdı. Bunlar ikrah hissi yaradır. Bir məsələnin üzərinə o qədər getmək olmaz. Bacardığımız qədər məsələnin təsirini azaltmalıyıq. Amma əgər edə bilmirsənsə, deməli, sənin şəxsi maraqların var. Nəticə etibarilə düşündük ki, bizə belə reklam lazım deyil. İnsanlara pis təsir edir. İnsanları qınamıram, orada mənə yaxınlaşan qardaşı da qınamıram.

- Yəni, səhvinizi başa düşdünüz?

- Bu səhv deyil. Biz səhv etməmişik, film çəkmişik. Nəzərimizdə yox idi ki, məsələ bu qədər şişər. Məsələn, Elvin Rüstəmzadə “Vətəndaş A” serialında məkanın adını dəyişmişdi. "Abdalbəyli" adlandırmışdı. Bu ssenarini oxuyanda bizi narahat etməmişdi. Biz bunu heç düşünməmişdik.

- Bəs bu obraza necə oldu ki, haqq qazandırdınız?

- Cəmiyyətimizdə Rəhman kimi bixəbər adamlar çoxdur. Bəzən çoxumuz bilmirik, amma onlar zamanla bizim qarşımıza çıxır.

- Laçında kino çəkmək fürsətiniz olsa, həmin kinonun hansı hissəsindən başlayarsınız?

- Mən yazıramsa, öz uşaqlığımdan başlayaram. Çünki mən 12 yaşıma qədər Laçında yaşamışam və 32 il sonra qayıtmışam. Yəni, əvvəl gördüyüm Laçın indi gördüyüm Laçındır. Yenə film mənim üçün oradan başlayar. Mənə həvalə olunsa, öz təsəvvürümə görə yanaşacağam.

- İndi hansı layihə üzərində işləyirsiniz?

- Rusiya ilə birgə layihəmiz olmalıdır. Təsdiqlənsə, gedəcəyik. Video formatda tərcümeyi-halımızı göndərmişik. Belə ki, onlar baxır, uyğun bilsələr, təsdiqləyirlər. Məsələn, 2018-ci ildə də mən getmişdim, o zaman da video göndərmişdim. “Aktyor” adlı seriala çəkildim. Azərbaycanda ilk dəfə idi ki, belə bir hal olmuşdu. Səbuhi Məmmədovun təşkilatçılığı ilə serial çəkilmişdi. “İz qoy” adlı Rusiya serialıdır.

- Film, teatr yalnız dəyərli olanı çatdırıb, insanlara təlqin eləməklə kifayətlənməlidirmi?

- Xeyr. Mən həmişə rejissorların belə gündəm filmlərinə təslim olmasının əleyhinə olmuşam. Amma baxıram ki, bu təslim olmaq deyil. Bu seçim də deyil, bir qənaətdir ki, belə olmalıdır. Amma nə qədər çox çəksək, bir o qədər yaxşı olar. Hər janrda.
Mənim qısametrajlı ssenarilərim var, orada çirkinliyi ilə birgə hər məsələni göstərməyə çalışmışam. Olanları amansız şəkildə yazmışam, əgər yazıldığı kimi göstərsək, o zaman məni qınayarlar. Yəni, biz müəyyən reallığa toxunanda camaatın qınağına tuş gəlirik. Sponsor olsa, onları indi də çəkərəm, məni qorxudan tənqid deyil. Hər şeyi ütülü şəkildə göstərməyi tamaşaçı özü də sevmir, istəmir. Ona görə də tənqid eləyəndə sağlam eləmək lazımdır. Kimi dindirirəm, deyir, Azərbaycan filmlərinə baxmıram. Bu məni çox məyus eləyir. Məni tanımadığı üçün yox, öz ölkəsindən xəbəri olmadığı üçün məyus oluram. Bu sahədə işlər görülür. Bizim “Aktyor” adlı bir filmimiz var. Rejissoru Aydın Aslandır. Baş rolda mən oynamışam. Bu iş ilə rayonlara gedirik. Bizim də bir töhfəmiz olsun ki, insanları filmə baxmağa səsləyək. Necə ki, Sovet dövründə mədəniyyət halına çevrilmişdi. Mən əyalətdə böyümüşəm, Laçında biz ailəvi şəkildə dəfələrlə filmə baxmağa getmişik. Amma indi bunlar yoxdur. Ümumilikdə tamaşaçıya ehtiyacımız var.

- Məsələn, “Hozu” filmi haqqında nə deyə bilərsiniz?

- Adam var ki, baxmaq istəyir, baxır və bəyənir. Mən bu məsələyə tamaşaçı kimi yanaşmıram. Mənə bayağı gəlir. Bu filmlərdə dramaturgiya demək olar ki, olmur. Bu cür komediyaların əleyhinəyəm.

Nazsızdır fahişələr... - Rüstəm Behrudinin yeni şeirləri Aşıqlar Birliyində yeni layihə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır - Video
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see278

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see190

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see173

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see159

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see137

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see137

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see136

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see133

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see131

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see131

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see130

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see128

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see128

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see126

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see126

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see125

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see123

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see123

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri