Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı”nın icrasının 2024-cü il üzrə monitorinq nəticələri müzakirə edilib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı məşğulluğun təminatının dayanıqlı iqtisadi inkişafın dəstəklənməsində əhəmiyyətli rolunu vurğulayıb. O, son illərdə Məşğulluq Strategiyasının prioritetlərinə uyğun olaraq əmək bazarı və məşğulluq sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. İİTKM-in icraçı direktoru Strategiya çərçivəsində müəyyən edilmiş əsas hədəf göstəricilərin ölkədə əmək məhsuldarlığının yüksəldilməsinə, həmçinin müasir və rəqabətqabiliyyətli əmək bazarının yaradılmasına xidmət etdiyini vurğulayıb. Müasir texnoloji transformasiyalar, demoqrafik dəyişikliklər və süni intellekt kimi innovativ amillərin əmək bazarının strukturuna təsirini xüsusi qeyd edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Məşğulluq Strategiyasına uyğun olaraq aktiv məşğulluq proqramlarının icrası və genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin elektronlaşdırılması sahəsində son illər geniş proqramın icra olunduğunu, əmək və məşğulluq sahəsində rəqəmsal xidmətlərin istifadəyə verildiyini, “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün əhəmiyyətini qeyd edib. Nazir müavini Strategiya çərçivəsində sosial rifahın artırılması və məşğulluq imkanlarının genişləndirilməsi, həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi sahəsində həyata keçirilən tədbirlərin ölkədə əmək bazarının dayanıqlılığını və inklüzivliyini təmin etmək məqsədi daşıdığını bildirib.
Sonra İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələr və müzakirəsi vacib məsələlər diqqətə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məsul şəxsləri təqdimatdan sonra müzakirə olunan məsələlərlə bağlı icrası davam edən və görüləcək tədbirlər barədə məlumat veriblər.
Qeyd edək ki, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsinə dair Sərəncama əsasən, Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















