Icma.az
close
up
RU
İnkişaf strategiyasının təməli

İnkişaf strategiyasının təməli

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu gün Azərbaycan siyasi tarixinin ən mühüm hadisələrindən biri – Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünü qeyd edirik. Bu tarix yalnız bir siyasi təşkilatın yaranması deyil, Azərbaycanın müasir dövlətçilik yolunun başlanğıcı, milli dirçəlişin, sabitliyin və inkişafın təməl daşıdır.

Yeni Azərbaycan Partiyasının əsası 1992-ci ildə xalqın təkidli tələbi ilə, çətin və gərgin bir dövrdə qoyuldu. Ölkədə siyasi parçalanma, iqtisadi tənəzzül, təhlükəsizlik böhranı hökm sürürdü. Belə bir zamanda xalqın yeganə ümidi dahi dövlət xadimi, müdrik siyasətçi Ulu Öndər Heydər Əliyev idi.
Naxçıvanda keçirilmiş məşhur 91-lərin müraciəti və xalqın çağırışı ilə Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yarandı və qısa müddətdə ölkədə siyasi sabitliyin bərpasına, dövlət idarəçiliyinin formalaşmasına, iqtisadi islahatların başlanmasına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edən aparıcı siyasi qüvvəyə çevrildi.
Heydər Əliyevin yaratdığı siyasi kurs bu gün Azərbaycanın inkişaf strategiyasının əsas sütunudur. O siyasətin mərkəzində isə Azərbaycan dövlətinin bütövlüyü, müstəqilliyi və xalq rifahı dayanır.
2003-cü ildən etibarən YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirmiş, ölkəmizi tamamilə yeni strateji mərhələyə yüksəltmişdir. Prezident İlham Əliyevin rəhbərliyi dövrü sürətli iqtisadi yüksəliş, qlobal enerji layihələrinin reallaşması, ordu quruculuğunun gücləndirilməsi, müasir infrastrukturun qurulması və ən başlıcası Azərbaycan torpaqlarının 44 günlük Vətən müharibəsində azad edilməsilə tarixi Zəfərin qazanılması ilə yadda qalmışdır. Bu Zəfər təkcə hərbi uğur deyil, eyni zamanda YAP-ın siyasi iradəsinin, Prezident İlham Əliyevin strateji liderliyinin nəticəsidir.
Son illərdə Yeni Azərbaycan Partiyasında modernləşmə və struktur təkmilləşməsi geniş miqyas almışdır. Partiyanın VII Qurultayı təşkilati idarəetməni daha çevik, daha effektiv edən yeni modelin əsasını qoydu. Yenilənmə çərçivəsində yerli təşkilatların fəaliyyəti gücləndirildi, partiya idarəçiliyində rəqəmsal yanaşmalar genişləndirildi, gənclərin və qadınların siyasi proseslərdə iştirakı artırıldı, beynəlxalq əlaqələr üçün ayrıca strategiya formalaşdırıldı.
Bu islahatlar YAP-ı yalnız ölkə daxilində deyil, beynəlxalq siyasi ailəmdə də dinamik və güclü tərəfdaş kimi möhkəmləndirdi.
Son illərdə Yeni Azərbaycan Partiyasının beynəlxalq əməkdaşlıq xətti xüsusilə genişlənmiş, partiyanın xarici siyasi dairələrlə əlaqələri yeni məzmun qazanmışdır. Struktur yenilənməsindən sonra YAP artıq təkcə ölkə daxilində deyil, beynəlxalq siyasi platformalarda da daha fəal və prinsipial mövqe nümayiş etdirməyə başlamışdır. Bu dövr ərzində partiya nümayəndə heyətlərinin müxtəlif ölkələrə səfərləri, aparıcı siyasi təşkilatlarla keçirilən görüşlər YAP-ın qlobal siyasi proseslərdə rolunun artdığını bir daha sübut edir.
Bu səfərlər sırasında ilk növbədə Çin Xalq Respublikasına edilən rəsmi görüşləri qeyd etmək lazımdır. Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə Pekində müxtəlif səviyyəli görüşlər keçirmiş, rəqəmsal idarəetmə, modern siyasi təşkilatlanma və inkişaf strategiyaları üzrə təcrübə mübadiləsində iştirak etmişdir. Heyət “Çini tanıyın, dünyanı dinləyin” qlobal forumunda da çıxış edərək Azərbaycanın regional rolu və YAP-ın siyasi modeli haqqında beynəlxalq auditoriyaya geniş məlumat vermişdir.
YAP-ın xarici əlaqələrinin mühüm istiqamətlərindən biri həm də Türkiyədir. Qardaş ölkədə keçirilmiş AK Partinin VIII Böyük Qurultayında YAP yüksək səviyyədə təmsil olunmuş, partiyalararası əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, Bursa və Manisa şəhərlərində keçirilən görüşlər zamanı Türkiyənin yerli siyasi strukturları və diaspor təşkilatları ilə səmərəli müzakirələr aparılmışdır ki, bu da iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın strateji xarakter daşıdığını göstərir.
Partiyanın aktiv əməkdaşlıq etdiyi digər ölkələrdən biri isə Qazaxıstandır. YAP nümayəndə heyəti Qazaxıstanda keçirilmiş Beynəlxalq Siyasi Forumda iştirak etmiş, burada regionda siyasi proseslər, partiya sistemlərinin təkamülü və müasir siyasi idarəetmə modelləri haqqında fikir mübadiləsi aparmışdır. Bu görüşlər YAP-ın türk dünyası ilə siyasi inteqrasiya prosesində fəal rolunun göstəricisidir.
Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür.
Beləliklə, son illər ərzində həyata keçirilən bu səfərlər və görüşlər Yeni Azərbaycan Partiyasının yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də nüfuzunun artmasına, siyasi əlaqələrinin genişlənməsinə və Azərbaycanın qlobal siyasi məkanda mövqelərinin daha da möhkəmlənməsinə xidmət etmişdir.
Bu səfərlərin və əməkdaşlıqların əsas məqsədi siyasi təcrübə mübadiləsi, regional sabitlik və inkişafın dəstəklənməsi, Azərbaycanın mövqelərinin beynəlxalq arenada möhkəmləndirilməsi, YAP-ın qlobal siyasi məkanın fəal üzvünə çevrilməsidir.
YAP artıq təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu siyasi təşkilatlarından biri kimi tanınır.
33 illik fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, YAP Azərbaycan dövlətçiliyinin dayağıdır, Ulu Öndərin ideyalarının daşıyıcısıdır, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli inkişaf strategiyasının siyasi təminatçısıdır, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində aparıcı qüvvədir.
Bu gün qürurla deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının 33 illik yolu müstəqil Azərbaycanın yüksəliş tarixidir.
Mən bütün YAP ailəsini bu əlamətdar gün münasibətilə təbrik edir, partiyamızın qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına inanıram.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri