Məşhur aktrisa dördüncü dəfə evləndi
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin tanınmış aktrisa və aparıcısı Ceyda Düvenci həyatını aparıcı Güçlü Mete ilə birləşdirib.
BAKU.WS xəbər verir ki, təxminən 2,5 ildir sevgili olan cütlük münasibətlərini evliliklə taclandırıb. Səssiz-səmirsiz şəkildə nikah masasına oturan məşhur cütlüyün toyu Türkiyədən uzaqda baş tutub.
Cütlük İsveçdə, Stokholmda yerləşən Türkiyə Səfirliyində sadə bir mərasimlə nikah keçirib.
Daha əvvəl üç dəfə evlilik edən 49 yaşlı aktrisa bu nikahla dördüncü dəfə həyatını birləşdirmiş olub. Xoşbəxt anlarını sosial media hesabından izləyiciləri ilə bölüşən cütlüyün paylaşımı qısa müddətdə minlərlə təbrik və bəyəni toplayıb.
Qalereya
Baxış sayı:117
Bu xəbər 29 Avqust 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















