Icma.az
close
up
RU
Məşhur aktrisadan gözlənilməz açıqlama: Mirasımı oğluma verməyəcəm

Məşhur aktrisadan gözlənilməz açıqlama: Mirasımı oğluma verməyəcəm

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Britaniyalı model və aktrisa Elizabet Hörli verdiyi son müsahibəsində oğlu Demianın ondan miras gözləməməli olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, 60 yaşlı aktrisa "The Mirror" qəzetinə açıqlamasında yaxınlarının da ondan miras gözləməməli olduğunu deyib: "Mən də öz ailəmdən heç vaxt miras gözləmədim. Ən sevdiyim böyük xalamdan qalma kiçik çini qəhvə fincanlarım var. Hər dəfə espresso içəndə onu xatırlayıram. Mənim üçün qalan şeylərin dəyəri maddi deyil, mənəvidir".


"Sevdiyim hər kəsin, hər qəpiyini əylənərək xərcləmiş biri kimi mənə baxmasını istəyirəm. Mən miras almaq və ya miras qoymaq üçün yaşamıram", deyə Hörli bildirib.

"Miras" adlı yeni reallıq şousunda iştirak edən aktrisa, oğluna nə qalacağı barədə suala isə belə cavab verib: "Miras qoymağa inandığımı kim dedi? Mən boş-boş gəzə bilərəm və ölümümə qədər bütün sərvətimi xərcləyə bilərəm".


Karyerasına model kimi başlayan, daha sonra kino və televiziya ilə məşğul olan Hörli, özünün mayo və bikini markasından da böyük gəlir əldə etməyə davam edir. Bir vaxtlar aktyor Hyu Qrant ilə yaşadığı münasibətlə gündəmə gələn Hörli tək evliliyini hind əsilli iş adamı Arun Nayarla etmiş, 2011-ci ildə boşanmışdı.

Onun yeganə övladı Demian amerikalı iş adamı Stiv Binq ilə münasibətindən dünyaya gəlib. DNA testi ilə atasının Binq olduğu sübuta yetirilsə də, milyarder əvvəlcə övladını qəbul etməmişdi. Binq 2020-ci ildə vəfat edib.


Demian Hörli anasına olan inanılmaz bənzərliyi ilə tanınır və anası kimi modellə məşğuldur. Onun xaç atası isə Hörlinin keçmiş sevgilisi, hazırda isə yaxın dostu olan Hyu Qrantdır.

Aktrisanın şəxsi həyatı da gündəmdə qalır. O, bir neçə ay əvvəl məşhur müğənni Billi Rey Sayrus ilə münasibətə başlayıb. İkili, gözlənilməz birlikdəliklərinə baxmayaraq, xoşbəxt olduqlarını göstərən fotolar paylaşmağa davam edir.


Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri