Icma.az
close
up
RU
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər

Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Hollivudun iki ulduz kinoaktrisasının - Nikol Kidman və Sandra Bullokun cadugərlər obrazını yaratdıqları məşhur ekran əsərinin davamı olan yeni "Praktik sehr 2" filminin çəkilişləri başa çatıb.
Reyting.az
bildirir ki, öncə bu barədə yerli mediaya Nikol Kidman açıqlama verib.
Aktrisa bildirib ki, artıq bu yeni kino layihəsinin taleyi ilə bağlı xəbəri ictimaiyyətə çatdırmaq olar, çünki "Praktik sehr 2" filminin çəkilişləri yekunlaşıb.
O, sosial şəbəkədə paylaşdığı qısa bir videoda Sandra Bullokla birlikdə canlandırdıqları cadugər qəhrəmanların günbatana doğru getdiyini göstərib.

Bu yeni ekran işi, 1998-ci ildə ekranlara çıxan və Elis Hofmanın romanı əsasında çəkilmiş məşhur "Praktik sehr" filminin davamıdır. O vaxt gənc aktrisalar Nikol Kidman və Sandra Bullok bacılar obrazını - Cillian və Salli Ouens rolunda çıxış etməklə, ekranda sehrin vasitəsilə şəxsi həyatdakı çətinlikləri həll edən və düşmənlərindən qisas alan qəhrəmanları canlandırmışdılar.
27 ildən sonra çəkilən filmin rejissoru Syuzanna Birdir. Filmin ssenarisi isə yazıçı Hofmanın 2021-ci ildə yazdığı və silsilənin son hissəsi sayılan yeni kitab əsasındadır. Bu dəfə isə bacılar daha bir ailə çətinliyini dəf edib, öz övladlarını güclü məhəbbət lənətindən xilas etməli olacaqlar.
Filmin ilk nümayişi 2026-cı il sentyabrın 18-də nəzərdə tutulur. Lakin yenicə lentə alınmış bu ekran əsərinin ABŞ-nın hansı şəhərində və kinoteatrında göstəriləcəyi barədə məlumat verilməyib.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri