Icma.az
close
up
RU
Məşhur aktyor alkoqol asılılığından və ona necə qalib gəlməsindən danışdı

Məşhur aktyor alkoqol asılılığından və ona necə qalib gəlməsindən danışdı

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Məşhur amerikalı aktyor, “Qladiator II” filminin ulduzu Denzel Vaşinqton uzun illər ərzində alkoqol istifadəsi ilə bağlı çətinliklər yaşadığını açıqlayıb. Aktyor spirtli içkilərdən tamamilə imtina edərək sağlam həyat tərzinə necə keçdiyindən danışıb.

Tribunainfo.az “Esquire” jurnalına istinadən xəbər verir ki, aktyor 10 il ərzində müntəzəm olaraq alkoqol qəbul etdiyini bildirib. Denzel xüsusilə şərabın böyük pərəstişkarı olduğunu, hər gün bu içkini içdiyini deyib. Hətta bu həvəs onu 10 min şüşə şərab saxlanılan bir şərab zirzəmisi tikməyə də vadar edib.

Aktyor içki qəbulunu məhdudlaşdırmağa çalışsa da, bu, asan olmayıb. Belə ki, şərabın bir şüşəsinin təxminən 4 min dollara başa gəlməsinə baxmayaraq, Denzel birdəfəyə iki şüşədən artıq içki almamağa çalışıb, çünki daha çox aldıqda özünü saxlaya bilməyib.

Denzel illərlə davam edən alkoqol asılılığından necə qurtulduğunu açıqlayıb. O bildirib ki, əvvəllər şərab onun həyatının ayrılmaz bir hissəsi olub:

“Şərab mənim işim idi. Gündə iki şüşə içə bilirdim. Şərab dadımı və buna bağlı hər şeyi mükəmməl şəkildə təşkil etmişdim – işin əvvəlində belə idi. Bu, çox incə bir həvəs idi. Mən ən yaxşı şərabları içirdim”, deyə Vaşinqton bildirib.

“Oscar” mükafatçısı etiraf edib ki, bir gün asılılıqda olduğunu və həddindən artıq içki qəbulunun sağlamlığına ziyan vurduğunu anlayıb. O, tamamilə spirtli içkilərdən imtina etmək qərarını 60 yaşında verib. Bu ilin dekabrında onun tamamilə sağlam həyat tərzinə keçməsindən 10 il ötəcək.

“Bədənimə çox ziyan vurmuşdum. İndi təmizəm. Bu ilin dekabrında 10 il olacaq. 60 yaşımda dayandım və o vaxtdan bəri bir damla da içməmişəm. İndi hər şey mənim üçün aydın görünür. 70 yaşımda bu, gerçəkləşdi”, deyə aktyor vurğulayıb.

Denzel Vaşinqton əlavə edib ki, hazırda düzgün və sağlam qidalanmağa diqqət edir, həmçinin idmanla məşğuldur. Sağlam və güclü qalmaq üçün şəxsi məşqçi ilə idman zalında çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Noyabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri