Məşhur aktyor yenidən alkoqolizmdə şübhəli bilinir
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hollivud ulduzu Bred Pittin San-Sebastyan Film Festivalında çəkilən yeni fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri 62 yaşlı aktyorun görünüşünə diqqət çəkərək onun yenidən spirtli içki qəbul etməyə başlaması ilə bağlı ehtimallar irəli sürüblər.
Bəzi istifadəçilər bunu Bred Pittin övladları ilə münasibətlərində yaşadığı problemlərlə əlaqələndirib.
Qeyd edək ki, Bred Pitt festivalda yeni filmi "Heart of the Beast”in premyerasına 33 yaşlı sevgilisi İnes de Ramonla birlikdə qatılıb. Cütlük qırmızı xalça üzərinə əl-ələ çıxıb və fotoqraflara birlikdə poza verib. Aktyor tədbir üçün klassik kostyum, İnes de Ramon isə dekolteli uzun yaşıl libas seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 25 Sentyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















