Məşhur avtomobil şirkəti elektromobilini geri çağırır: qəfildən qəzaya düşə bilərsiniz
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Koreyanın "Hyundai" şirkəti ABŞ-də 145 min elektromobilini geri çağıracaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Motor1" nəşri ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən xəbər verir.
Məlumata görə, buna səbəb avtomobilin hərəkəti zamanı mümkün güc itkisi riskidir.
Qeyd olunub ki, avtomobillərdə quraşdırılmış şarj idarəetmə blokunun zədələnməsi ilə bağlı problem aşkarlanıb. Bu qüsur 12 voltluq batareyanın gücünün qəfil dayanmasına və dartma qabiliyyətinin itirilməsinə səbəb ola bilər ki, bu da qəzaya gətirib çıxarır. Söhbət "Hyundai IONIQ 5" və "Hyundai IONIQ 6", həmçinin 2022-ci ildən 2025-ci ilə qədər elektrikləşdirilmiş "Genesis GV60", "Genesis GV70" və "Genesis G80" modellərindən gedir.
Zədələnmiş komponentlərin dəyişdirilməsi üzrə bütün işlər pulsuz həyata keçiriləcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















